...

Neftçilər prospekti yenidən bağlanır

Cəmiyyət Materials 4 Avqust 2016 10:23 (UTC +04:00)
Neftçilər prospektinin, Azneft dairəsindən Bakı Dəniz Vağzalının qarşısına qədər olan hissəsində yol cizgi və yol göstərici xətlərinin rənglənməsi işləri aparılacaq.
Neftçilər prospekti yenidən bağlanır

Bakı. Trend:

Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin (zolaqların) yenidən rənglənməsi işləri davam etdirilir.

“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən Trend-ə verilən məlumata görə, bu çərçivədə axşam saat 22:00-dan etibarən səhər saatlarına qədər, Neftçilər prospektinin, Azneft dairəsindən Bakı Dəniz Vağzalının qarşısına qədər olan hissəsində yol cizgi və yol göstərici xətlərinin rənglənməsi işləri aparılacaq. Bununla əlaqədar olaraq sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti