...

7 ayda ƏƏSMN-nin e-xidmətlərindən 3,6 milyon dəfəyə yaxın istifadə olunub

Cəmiyyət Materials 5 Avqust 2016 12:15 (UTC +04:00)
Cari ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən 3,6 milyon dəfəyə yaxın istifadə qeydə alınıb.
7 ayda ƏƏSMN-nin e-xidmətlərindən 3,6 milyon dəfəyə yaxın istifadə olunub

Bakı - Trend

Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən 3,6 milyon dəfəyə yaxın istifadə qeydə alınıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qurumun "Elektron hökumət" portalı üzərindən təqdim etdiyi elektron xidmətlər əhalinin əmək və sosial müdafiə sahələri üzrə xidmətlərdən şəffaf və rahat şəkildə istifadəsinə imkan yaradıb.

Cari ilin iyul ayında vətəndaşlar nazirliyin e-xidmətlərindən 440768 dəfə faydalanıblar.

Ötən ay nazirliyin e-xidmətlərinə edilən müraciətlərin 132470-i “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə yönəlib ki, bu da əvvəlki iyun ayı ilə müqayisədə 9 faiz çoxdur. Həmçinin iyun ayı ilə müqayisədə iyul ayında “ Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən 17 faiz, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” e-xidmətindən 59 faiz, “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətindən 28,6 faiz, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” e-xidmətindən 20,7 faiz çox istifadə qeydə alınıb.

Eləcə də müraciətlətin sayında “Sığortaedənin (Hüquqi şəxs) onlayn uçota alınması” e-xidməti üzrə 25 faiz, “Sığortaedənin (Fiziki şəxs) onlayn uçota alınması” e-xidməti üzrə 13,5 faiz, “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator” e-xidməti üzrə 8,7 faiz artım özünü göstərib. “İş yerinə dair arayış”, “Pensiya kalkulyatoru”, “Ailə kəndli təsərrüfatının onlayn uçota alınması” və s. e-xidmətlərindən istifadə göstəriciləri də artıb. Əvvəlki aylarda olduğu kimi, iyul ayında da nazirliyin e-xidmətlərinin əksəriyyəti "Elektron hökumət" portalında əhalinin geniş şəkildə faydalandığı e-xidmətlər sırasında olub.

Cari ilin yanvar-iyul aylarında isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən ümumilikdə 3,6 milyon dəfəyə yaxın istifadə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti