...

Salyanda aşan avtobusda yaralanan 10 nəfər evə buraxıldı - 2 nəfərin vəziyyəti ağırdır (FOTO/VIDEO)

Cəmiyyət Materials 8 Avqust 2016 12:26 (UTC +04:00)
Salyan rayonu ərazisində sərnişin avtobusunun aşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən 12 nəfərdən 10-u ambulator müalicəyə buraxılıb.
Salyanda aşan avtobusda yaralanan 10 nəfər evə buraxıldı - 2 nəfərin vəziyyəti ağırdır (FOTO/VIDEO)

Bakı. Samir Əli - Trend:

Salyan rayonu ərazisində sərnişin avtobusunun aşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən 12 nəfərdən 10-u ambulator müalicəyə buraxılıb. Bu barədə Trend-ə Salyan rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumata görə, Neftçala rayon sakinləri 40 yaşlı Gülbəniz Nadir qızı Ağacanova və 62 yaşlı Məlahət Əlixan qızı Şahbazovanın vəziyyətləri ağır olduğu üçün xəstəxananın travmatologiya şöbəsinə yerləşdiriliblər. Hadisə zamanı 40 yaşlı G.Ağacanova bel-omba nayihəsinin əzilməsi və başbeyin silkələnməsi, M.Şahbazova isə döş qəfəsinin sınığı, 7, 8, 9 və 10-cu qabırğalarının sınığı xəsarətləri alıblar.

Hadisə nəticəsində xəsarət alan digər sərnişinlər - Şamaxı rayon sakini Davud Tərlan oğlu Məmmədov, Neftçala rayon sakinləri - Taleh Əfqan oğlu Abdullayev, İbrahim Məzahir oğlu Cəfərov, Rövşən Əhməd oğlu Səlimov, Nərminə Həsənqulu qızı Səlimova, Zaur Rasim oğlu Məmmədov, Şəhla Elxan qızı Kərimova, Şəfa Məhərrəm qızı Ağayevanın isə xəsarətləri yüngül olduğundan ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti