...

Sabah havanın maksimum temperaturu 42 dərəcə olacaq

Cəmiyyət Materials 9 Avqust 2016 12:27 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq.
Sabah havanın maksimum temperaturu 42 dərəcə olacaq

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə məlumatına görə, avqustun 10-da şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 35-39° isti olacağı gözlənilir. Bakıda gecə 24-26° isti, gündüz 37-39° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 25-30 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26°, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti