...

7 ədəd tank əleyhinə təlim minası tapıldı (FOTO)

Cəmiyyət Materials 15 Avqust 2016 17:59 (UTC +04:00)
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən bu gün Ağdam, Tərtər rayonları və Lənkəran şəhərində aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb
7 ədəd tank əleyhinə təlim minası tapıldı (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən bu gün Ağdam, Tərtər rayonları və Lənkəran şəhərində aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, Ağdam rayonunun Zəngişalı kəndində 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamış top mərmilərinin qalıqları aşkar edilərək götürülüb, 7 500 kv.m ərazi yoxlanılıb.

Tərtər rayonunun Həsənqaya kəndində 1 otlaq sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb, 8 000 kv.m ərazi yoxlanılıb.

Lənkəran şəhəri – FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatına əsasən Agentliyin mütəxəssisləri tərəfindən dəniz sahilində 7 ədəd tank əleyhinə təlim minası (6 ədəd TM-62P və 1 ədəd TM-62M) aşkar olunaraq zərərsizləşdirilməsi üçün götürülüb.

Bu gün 3 əkin sahəsi və 1 otlaq sahəsində 7 partlayış yerinə baxış keçirilib, partlamış top mərmilərinin qalıqları və 7 ədəd tank əleyhinə təlim minası (6 ədəd TM-62P və 1 ədəd TM-62M) aşkar edilərək götürülüb, 15 500 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə, Agentlik tərəfindən 7 Aprel-15 avqust tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 470 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 31 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti