...

“Qafqazinfo”nun yaranmasının 6 ili tamam olur

Cəmiyyət Materials 16 Avqust 2016 17:08 (UTC +04:00)
Bu gün Azərbaycanın tanınmış Qafqazinfo.az xəbər portalının yaranmasının 6 ili tamam olur.
“Qafqazinfo”nun yaranmasının 6 ili tamam olur

Bakı. Trend:

Bu gün Azərbaycanın tanınmış "Qafqazinfo.az" xəbər portalının yaranmasının 6 ili tamam olur.

“Qafqazinfo” 2010-cu il avqustun 16-da oxucularına ilk xəbərini təqdim edib. Fəaliyyətə başladığı ilk gündən oxucuları operativ və obyektiv xəbərlə təmin etmək prinsipini əsas götürüb və bu gün də həmin prinsiplərə sadiqdir.

Trend İnformasiya Agentliyi də çoxsaylı kollektivi adından həmkarlarının Azərbaycanın media məkanına qatılmalarının 6 illiyi münasibətilə təbrik edir. Trend İA adından “Qafqazinfo”ya Qafqaz dağları qədər əzəmətli tarix, həmişə media məkanında parlamağı arzu edir, işğal altında olan torpaqlarımızın azad olması müjdəsini xalqımıza çatdırmaq kimi jurnalist xoşbəxtliyi, kollektivin hər bir üzvünə can-sağlığı və uğurlar diləyirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti