...

Azərbaycan-Koreya Əməkdaşlıq Forumunda anlaşma memorandumu imzalandı

Cəmiyyət Materials 19 Avqust 2016 10:29 (UTC +04:00)
Bu gün Bakıda Dövlət İdarəçiliyi üzrə Azərbaycan-Koreya Əməkdaşlıq Forumu keçirilir.
Azərbaycan-Koreya Əməkdaşlıq Forumunda anlaşma memorandumu imzalandı

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Bakıda Dövlət İdarəçiliyi üzrə Azərbaycan-Koreya Əməkdaşlıq Forumu keçirilir.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təşkil edilən forumda Koreya daxili işlər naziri Hong Yun Çıkın rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib.

Forumu giriş sözü açan Azərbaycan Respiblikasnın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, bu forum son nailiyyətləri paylaşmaq və yeni əməkdaşlıq sahələrini müəyyınləşdirmək üçün önəmli körpü rolunu oynayacaq.

İ.Kərimov qeyd edib ki, Azərbaycan ilə Koreya arasında diplomatik münasibətlər hələ 1992-ci ildən qurulub: “İki ölkə arasında dövlət başçılarının iştirakı ilə bir sıra yüksək səviyyəli səfərlər həyata keçirilib. Koreya daxili işlər nazirinin Azərbaycana səfəri də iki ölkə arasında dostluq əlaqələrinin inkşafına öz töhfəsini verəcək, əməkdaşlıq daha da intensivləşəcək. Bu gün imzalanacaq anlaşma memorandumu qarşılıqlı faydalı əməkdaşlıq üçün lazımi hüqqi çərçivəni təmin edəcək”.

Tədbirdə çıxış edən Koreyanın daxili ilər naziri forumun keçirilməsindən məmnun olduğunu bildirib. O qeyd edib ki, Koreya ilə Azərbaycan arasında sıx əməkdaşlıq münasibətləri mövcuddur: “Bu forumun keçirilməsi, eyni zamanda iki ölkə arasında əməkdaşlıq memorandumunun imzalanması iki ölkə arasında əməkdaşlığın daha da inkişafına öz töhfəsini verəcək”.

Daha sonra Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Koreyanın Daxili İşlər Nazirliyi arsında E-hökumət və dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlğa dair Anlaşma Memorandumu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti