...

Sağlamlıq imkanları məhdud olan 58 uşaq xaricə müalicəyə göndərilib

Cəmiyyət Materials 22 Avqust 2016 16:21 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 15 498 nəfər imtiyazlı şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib.
Sağlamlıq imkanları məhdud olan 58 uşaq xaricə müalicəyə göndərilib

Bakı. Trend:

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin bərpa müalicəsi və protez-ortopedik bərpa xidmətlərlə təminatı istiqamətində işlər davam etdirilir.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ümumilikdə yanvar-iyul aylarında nazirliyin imtiyazlı şəxslərin müalicəsi və protez-ortopedik bərpa xidmətlərlə təminatı istiqamətində həyata keçirdiyi tədbirlər 15,5 min nəfərədək insanı əhatə edib.

Cari ilin yanvar-iyul aylarında  nazirliyin əlillərin bərpa mərkəzlərində 4650 nəfər əlilliyi olan şəxsə bərpa-müalicə xidmətləri göstərilib. Bu təbəqədən olan vətəndaşların dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 8400 nəfərə yaxın şəxs müvafiq xidmətlərlə təmin olunub. Onlara ümumilikdə 20 501 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 1034 ədəd əlil arabası verilib. 

Bu dövrdə 70 nəfər əlilliyi olan şəxs,  valideynlərindən biri ilə bərabər 58 nəfər sağlamlıq imkanları məhdud uşaq xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib. Əlilliyi olan insanların, habelə şəhid ailəsi üzvlərinin ayrı-ayrı sanator-kurort müəssisələrində müalicələrinin təşkili işlərinin davamı olaraq, belə şəxslərdən ibarət 2320 nəfər vətəndaşa sanator-kurort yollayışı verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti