...

İki nəfəri ilan sancdı (FOTO/VİDEO)

Cəmiyyət Materials 31 Avqust 2016 16:17 (UTC +04:00)
Şəki və Balakən sakinlərini ilan sancıb.
İki nəfəri ilan sancdı (FOTO/VİDEO)

Bakı. Trend:

Şəki rayonunun Baqqal kəndinin 14 yaşlı sakini Rəşid İmamhüseynov bağda fındıq yığan zaman ilan onun topuğundan sancıb.

Trend Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, o, Qax rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanada R.İmamhüseynova lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub.

Vəziyyətinin orta-stabil olduğu bildirilir.

Daha bir ilansancma hadisəsi isə dünən axşam saatlarında Balakən rayonun Hənifə kəndində qeydə alınıb. Kənd sakini, 25 yaşlı Dilbər Babayeva yaşadığı evin həyətyanı sahəsində işləyərkən ilan onun sol ayağından sancıb. Xəstəxanaya çatdırılan D.Babayevaya zərdab vurulub, vəziyyəti orta-stabildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti