...

Şəkidə leysan fəsadlara yol açdı (FOTO/VİDEO)

Cəmiyyət Materials 6 Sentyabr 2016 18:21 (UTC +04:00)
Bu gün səhər saatlarında yağan yağışdan sonra Şəkinin əsas küçə və prospektləri yararsız hala düşüb.
Şəkidə leysan fəsadlara yol açdı (FOTO/VİDEO)

Bakı. Trend:

Bu gün səhər saatlarında yağan yağışdan sonra Şəkinin əsas küçə və prospektləri yararsız hala düşüb.

Trend Region TV-yə istinadən xəbər verir ki, yolların asfalt örtüyünün dağılması sürücüləri çətin vəziyyətdə qoyub.

Yağış sularının axması üçün nəzərdə tutulan arxlar ot örtüyü və tullantılarla dolduğundan su evlərin həyətlərini basıb.

Şəki Kommunal Təsərrüfat İstehsalat Birliyinin əməkdaşları yağışın fəsadlarını aradan qaldırmaq üçün səfərbər olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti