...

Bakı Metropoliten: Ağ şəhərdə 3 metro stansiyası tikiləcək

Cəmiyyət Materials 22 Sentyabr 2016 10:12 (UTC +04:00)
Bakıda Ağ şəhər ərazisində 3 metro stansiyası tikiləcək
Bakı Metropoliten: Ağ şəhərdə 3 metro stansiyası tikiləcək

Bakı. Samir Əli - Trend:

Bakıda Ağ şəhər ərazisində 3 metro stansiyası tikiləcək. Bu barədə Trend-ə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, Metropolitenin Konseptual inkişaf Sxeminə əsasən "Yaşıl xətt"in davamı olaraq tikilməli olan 3 stansiya həmin əraziyə düşür: "Stansiyalar metronun "Xətai" stansiyası ilə tikilməkdə olan "Həzi Aslanov-2" stansiyaları arasında, Nobel prospekti boyunca olacaq. Stansiyaların şərti adları Y14, Y15 və Y16-dır. Hazırda Y-15 stansiyasında tunel tikintisini həyata keçirmək üçün hazırlıq işləri görülür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti