Sona Vəliyevanın “İşığa gedən yol” romanının təqdimat mərasimi keçirilib (FOTO)

Sona Vəliyevanın “İşığa gedən yol” romanının təqdimat mərasimi keçirilib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Milli Kitabxanada filologiya üzrə fəlsəfə doktoru, yazıçı Sona Vəliyevanın milli mətbuatımızın banisi, görkəmli ziyalı, maarifçi və publisist Həsən bəy Zərdabinin ömür yoluna həsr olunmuş “İşığa gedən yol” romanının imza və təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Milli Məclisin deputatları, ziyalılar, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq roman haqqında qısa məlumat verib. O qeyd edib ki, Sona xanım Həsən bəy Zərdabi haqqında belə böyük bir roman ərsəyə gətirməklə, sanki Həsən bəy Zərdabiyə bir heykəl qoyur. K.Tahirov deyib ki, romanda Həsən bəy Zərdabinin ömür yolu zərgər dəqiqliyi ilə təsvir edilir.

Sonra çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib ki, tarixi şəxsiyyətlərimiz haqqında belə bir əsər yaratmaq çox vacib hadisədir: “Həsən bəy Zərdabi haqqında məqalələrə rast gəlmişik, ancaq onun haqqında belə ətraflı, onun ömrünü tam əks etdirən əsərə rast gəlməmişik. Milli mətbuatımızın banisinin ömür yolunun bu cür geniş şəkildə təsvir edilməsi təbii ki, çox sevindirici haldır”.

V.Əliyev bildirib ki, kitabın dili o qədər sadə və rəvandır ki, oxucular çox rahatlıqla hadisələri başa düşür: “Bu çox dəyərli əsərdir. Bu hamı üçün Həsən bəy Zərdabinin həyatını, tarixini öyrənmək istəyənlər üçün gözəl bir mənbədir”.

Nazir müavini əlavə edib ki, tarixi şəxsiyyətlərimiz haqqında belə böyük romanların yazılması təşəbbüsü bundan sonra da davam etməlidir.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin dekanı, professor Cahangir Məmmədli kitabın əhəmiyyəti haqqında danışıb. O qeyd edib ki, Sona xanım tarixi şəxsiyyətimiz barədə çox gözəl bir əsər ortaya qoyub: “Bu kitabda Həsən bəy Zərdabinin ömür yolu ilə yanaşı, Azərbaycanın həmin dövrdəki tarixi də bədii şəkildə çox peşəkarlıqla əks olunur. Bu kitab tələbələrimiz, tarixçilərimiz üçün də gözəl bir mənbədir”.

Daha sonra çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Həsən bəy Zərdabi haqqında ilk dəfədir ki, belə böyük roman yazılıb: “Sona xanım öz zəhməti ilə belə bir yükü öz üzərinə götürdü və böyük zəhmət nəticəsində belə bir tarixi roman ərsəyə gəldi. Bu kitab xüsusilə mətbuat işçiləri üçün vacib əhəmiyyət kəsb edir. Lakin bu kitab nəinki jurnalistlərin, hamının stolüstü kitabına çevrilməlidir, çünki Həsən bəy Zərdabi Azərbaycan xalqının inkişafında mühüm rol oynamış bir şəxsiyyətdir”.

Ə.Amaşov əlavə edib ki, bu kitab Mətbuat Şurası tərəfindən Ali media mükafatına layiq görülüb.

Milli Məclisin deputatı Nizami Cəfərov da çıxışında kitabın böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək bildirib ki, Həsən bəy Zərdabi haqqında belə bir gözəl əsərin yaradılması çox sevindirici haldır: “Bu gün tarixi şəxsiyyətlərimiz barəsində bu cür əsərlərin yaradılmasına böyük ehtiyac var. Xalqımız öz tarixi şəxsiyyətlərini yaxşı tanımalıdır”.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Elmira Axundova bildirib ki, bu kitab hər bir azərbaycanlı üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan E.Axundova bu kitabın rus, ingilis və digər dillərdə də çap edilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, xalq şairi Sabir Rüstəmxanlı, yazıçı Yunus Oğuz, akademik Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, yazıçı Akif Əli, tənqidçi Əsəd Cahangir və digər iştirakçılar da kitab haqqında fikirlərini bölüşüblər, romanın Azərbaycanın dahi şəxsiyyətlərinin və tarixinin öyrənilməsində gözəl bir mənbə olduğunu diqqətə çatdırıblar.

Təqdimat mərasiminin sonunda çıxış edən Sona Vəliyeva bildirib ki, onun Həsən bəy Zərdabiyə müraciət etməsinin xüsusi əhəmiyyəti var: “Mən tarixi şəxsiyyətlərin həyatını, fəaliyyətini araşdıranda elə bilirdim ki, onların birinin övladıyam və borcum var. Həsən bəyin həyatı, yaradıcılığı mənim hər zaman diqqətimi çəkib. Düşünürəm ki, o dövrdə yaşayanların hər birinə mənəvi, övladlıq borcumuz var. Bizim azad yaşamağımızda onlara vətəndaş, soydaş borcumuz var. Mən Həsən bəyin həyatını araşdıranda zərrə qədər yorulmadım. Çünki o ilahi missiyası olan adam idi. Kitab haqqında çoxlu rəylər yazılıb. Hər kəsə təşəkkür edirəm, dəyərli fikirlər səsləndi. Bu fikirləri eşitmək mənim üçün xoş idi”.

Dekabrın 4-də xarici valyutaların manata qarşı məzənnələri
Dekabrın 4-də xarici valyutaların manata qarşı məzənnələri
“AccessBank” “The Banker” tərəfindən “İlin bankı” seçilib
“AccessBank” “The Banker” tərəfindən “İlin bankı” seçilib
BirBank istifadəçiləri onlayn ödənişlər zamanı hədiyyələr qazanacaqlar
BirBank istifadəçiləri onlayn ödənişlər zamanı hədiyyələr qazanacaqlar
Loading Bars
Xəbər lenti
İranın sabiq vitse-prezidenti həbs edildi
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
Bu şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı
Azərbaycanda 4323 nəfər COVID-19-a yoluxub, 2180 nəfər sağalıb, 42 nəfər vəfat edib
“The New York Times” qəzetində Ağdamın Çıraqlı kəndi barədə məqalə dərc edilib
"Qarabağ"ın daha 5 futbolçusunda koronavirus aşkarlandı
İraq Türkmən Cəbhəsinin sədri Prezident İlham Əliyevi təbrik edib
Müdafiə Nazirliyinin nəzdində sutka ərzində fasiləsiz qaynar telefon xətləri fəaliyyət göstərir
Yerevanda növbəti etiraz aksiyası başlayıb
Polşada fermerlər traktorlarla yolu bağladı
AzəriMed QSC-nin əməkdaşı İlkin Ağakişiyev şəhidlik zirvəsinə ucaldı
Diaspor rəhbəri niderlandlı antropoloqa tarixi faktlara əsaslanan tutarlı cavab verib
Ermənilər terrorçunu Xudavəng monastırına rəhbər təyin etmişdilər - Rusiya KİV
İranda koronavirusdan ölənlərin sayı 50 min nəfəri keçdi
"Napoli"nin stadionuna Maradonanın adı verilib
Belarus portalında Azərbaycanın Vətən müharibəsində Zəfər qazanması barədə məqalə dərc edilib
RİİB-in təşəbbüsü ilə Könüllülər himni hazırlanıb (VİDEO)
Koronavirus xəstəsi ictimai yerdə saxlanılıb (FOTO)
Alban-udin xristian provaslav icmasının sədr müavini Xudavəng monastırına vaiz təyin olunub
50 gün idi itkin düşən gənc şəhid kimi qayıtdı (FOTO)
Gəncədə dezinfeksiya aparılıb (FOTO)
6 şəhər və rayonda şəhid ailələri və müharibə əlillərinə ev verilib (FOTO)
Qohumunun evindən oğurluq edən şəxs saxlanılıb
İqtidarın siyasi dialoq təşəbbüslərinin praktiki nəticələri göz qabağındadır (FOTO)
Mənzildən naməlum meyit tapılıb
İspaniya mediasında Azərbaycan həqiqətlərindən danışılıb
“Regional İnkişaf” İctimai Birliyinin ölkə üzrə könüllülərinin onlayn görüşü keçirilib (FOTO)
“Suqovuşan” elektrik stansiyaları 3 ay ərzində istismara veriləcək (VİDEO)
Sabahın hava proqnozu açıqlanıb
"Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb (FOTO)
"Meliorasiya və Su Təsərrüfatı" 1,26 miyon manatlıq müqavilə imzalayıb
Rusiyada yenidən koronavirusa rekord yoluxma qeydə alındı
Azərbaycan nefti bahalaşır
Bütövləşən Azərbaycan - 44 günlük Zəfər Salnaməmiz (FOTO/VİDEO)
Təkcə Qarabağ deyil, xalqın 90-cı illərdə dövlətinə sarsılmış inamı geri qayıtdı - Tarixçi
Ermənilər monastrdakı bütün əşyaları məhv ediblər - Xudavəng monastrına təyin olunan vaiz
Ermənistan terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib və aylıq ödənişlər təyin olunub
Gələn ilin bayram günləri müəyyənləşib
Könüllülər üçün xüsusi təklif!
İnsanlar qaydalara ciddi riayət etməsə, bizi daha çətin vəziyyət gözləyir - Deputat
Prokurorluq daha 3 COVİD - 19 xəstəsinə cinayət işi başladı
KOB könüllülərinin “Könüllülər ili”nə töhfəsi
Vəkillər Kollegiyası erməni təcavüzü ilə bağlı 230 beynəlxalq təşkilata müraciət etdi
DİN-nin şəhid baş leytenantı Kamran Kazımov (FOTO)
Zərdabda yaşayış yerini tərk edən daha bir COVİD-19 xəstəsi barədə cinayət işi başlandı (VİDEO)
Bakıda 25 yaşlı COVİD 19 xəstəsi barədə cinayət işi başlandı (VİDEO)
Qarabağ Azərbaycanın və Cənubi Qafqazın aparıcı İT mərkəzinə çevrilə bilər
Bərdədə evi tərk edən aktiv koronavirus xəstəsinə cinayət işi başlandı
Bakıda ad günü keçirən qızlar və restoran sahibi cərimələndi (VİDEO)
Xudavəng monastırının dini varisləri geri qayıtdı - Monastıra vaiz təyin olundu (VİDEO)
İctimai yerlərdə aşkarlanan daha 9 koronavirus xəstəsi barədə cinayət işi başlandı
Bu il Azərbaycana idxal edilən əsas məhsulların siyahısı açıqlanıb
Moskvada koronavirusdan peyvəndləmə başlayıb
“Lexus” hasara çırpılaraq yandı
Göyçayda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıb
Bizim üçün qorxu deyilən şey yox idi, ölümdən belə qorxmurduq - Qarabağ qazisi
ABŞ "TikTok"un amerikan seqmentinin son satış tarixini uzatmamağa qərar verdi
Limandakı partlayışdan sonra Beyrutun bərpası 2,5 milyard dollara başa gələcək
TAP 2021-ci ildə boru kəmərinin buraxılış gücünün artırılması məqsədilə sınaq keçirəcək
Renuarın rəsm əsəri 1,18 milyon dollara satıldı
Tayson və Cons arasındakı döyüşdən əldə edilən qazanc açıqlandı
Aİ və Britaniya Brexit mövzusunda razılığa gələ bilmədilər
Avstriyanın sabiq maliyyə naziri korrupsiyaya görə 8 il həbs cəzasına məhkum edildi
ABŞ hərbçiləri Somalini tərk edir
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 628 mindən çox artıb
Azərbaycan könüllüləri portalının təqdimatı keçirilib (FOTO)
Moskvada son sutkada 6 868 koronavirusa yoluxma halı aşkarlanıb
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib (FOTO)
ABŞ bir sıra Çin rəsmilərinə viza məhdudiyyətləri tətbiq edir
Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti nəzəri-praktiki seminar keçirilib (FOTO)
Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” və Bakı Olimpiya Stadionu Azərbaycan bayrağı ilə işıqlandırılıb (FOTO)
Samux rayonunda evdə partıayış olub
Estoniya prezidenti özünü təcrid edir
Türkiyədə koronavirusdan sağalanların sayı 423 mini keçib
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb
Ailəmin kədərini görmək istəməzdim - Şəhidlə olmayan müsahibə
Karantin qaydalarını pozaraq toy məclisi təşkil edən şəxslər həbs edilib
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
Ali Baş Komandan Vətən Müharibəsində minimal itkilərlə zəfər qazanmaq strategiyasını uğurla həyata keçirdi - İsa Həbibbəyli
Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terrordan yazıb
Qusarda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır
“Qlobal Müdafiə Texnologiyaları Hakatonu”na start verilib
“Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”na start verildi (FOTO)
Uşaqların müharibə cinayətlərinin qurbanı olması qəbulolunmazdır - UNİCEF-in icraçı direktoru
Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə telefonla danışıb
SOCAR Ukraynada fəaliyyətini genişləndirir
Pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl edilməsi vacibdir - Nazirlik
Nyu-Yorkda Vətən müharibəsi şəhidləri anılıb
44 günlük müharibə bizə asan gəlsə də, bu, düşünüldüyü kimi deyil - Hərbi ekspert
ABŞ-da koronavirusa yoluxma rekordu qeydə alındı
Gömrük əməkdaşları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad ediblər (FOTO)
Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən parlament yalnız fransız nağıllarında yer ala bilər - Mustafa Şentop
Azərbaycan ordusu dünya reytinqlərində daha da irəliləyəcək - Deputat
Kəlbəcər rayonunun Yanşaq kəndi (VİDEO)
Dekabrın 7-də manatın dollara qarşı məzənnəsi
Ötən gün yol qəzalarında 4 nəfər ölüb
Səfir XİN-ə çağırıldı, Fransaya nota verildi
TÜRKPA-nın Baş katibi Prezident İlham Əliyevi təbrik edib
Serbiya Azərbaycana 170 milyon avro borcunu ödəyəcək
"Ural Hava Yolları" Rusiya vətəndaşlarının Azərbaycandan daşınmasını həyata keçirəcək
Bütün xəbərlər