Bakı metrosunda qiymət artımı labüddürmü? (MÜSAHİBƏ) (ÖZƏL)

Bakı metrosunda qiymət artımı labüddürmü? (MÜSAHİBƏ) (ÖZƏL)

Bakı. Samir Əli - Trend:

2016-cı ilin ilk yarısında Bakı Metropolitenində sərnişindaşımaya əvvəlki ildəkindən çox xərc çəkilməsi, bir sərnişinin daşınma xərcinin həddən çox artması və “Bakı Metropoliteni” QSC-nin maliyyə hesabatlarını açıqlamaması məsələləri ilə bağlı Trend-in suallarını “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev cavablandırıb.

- Ümumiyyətlə, maliyyə hesabatlarının ictimaiyyətdən gizli saxlanılması, statistik rəqəmlərin açıqlanmaması nə ilə bağlıdır?

- “Bakı Metropoliteni” QSC qanunvericiliyin tələbinə uyğun olaraq, rəsmi statistikaları daim müvafiq dövlət qurumlarına vaxtında təqdim edir və illik maliyyə hesabatlarını ictimaiyyətə açıqlayır. Maliyyə hesabatı ilə hətta rəsmi veb səhifəmizdən də (http://metro.gov.az/az/about/metropoliten/fin) tanış ola bilərsiniz. Bütün bunlar müstəqil audit şirkəti tərəfindən tərtib edilib.

- Cari ilin ilk 6 ayında metropolitendə sərnişindaşımaya ötən illə müqayisədə 40 milyon manat artıq xərc çəkildiyi bildirilir. Qeyd olunur ki, bu da ötən ildəkinə nisbətən 1,7 dəfə artım deməkdir. Bu həqiqətdirmi və səbəbi nədir?

- Rəsmi olaraq bəyan edirik ki, Dövlət Statistika Komitəsinə təqdim edilmiş rəsmi məlumatlara əsasən Bakı Metropolitenində 2015-ci ilin I yarısında sərnişindaşıma üzrə xərclər 50359,8 min manat, 2016-cı ilin müvafiq dövrü üçün isə 55618,1 min manat təşkil edib. Göründüyü kimi, qeyd olunan dövr üzrə xərclər 40 milyon manat deyil, 5,3 milyon manat artıb ki, bu da əsasən 2015-ci ilin sonunda “Elmlər Akademiyası” stansiyasının II çıxışının istismara verilməsi, metropolitenin mövcud stansiyalarında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, əsas fondların dəyərinin artması ilə bağlı amortizasiya xərclərinin çoxalmasından ibarətdir.

- Həmçinin “Bakı Metropoliteni” QSC-nin yanvar-iyun aylarında sərnişindaşımadan əldə etdiyi gəlirin 28 milyon 920,6 min manat – ötən ilin eyni dövrü ilə müqayisədə 33,6 faiz çox olduğu bildirilir. Bildiyimiz qədərilə, ötən ilin müvafiq dövrü ilə müqayisədə metrodan istifadə edən sərnişinlərin sayı azalıb. Bunu necə izah edərdiniz?

- Məlumat üçün bildiririk ki, sərnişindaşıma üzrə 2015-ci ilin 6 ayı ərzində 112,2 milyon, o cümlədən gediş haqqını ödəyən 108,2 milyon və 2016-cı ilin müvafiq dövrü ərzində 109,3 milyon, o cümlədən gediş haqqını ödəyən 106,2 milyon sərnişin daşınıb. Sərnişindaşımadan gəlirlər 2015-ci ilin 6 ayı ərzində 21637,1 min manat, 2016-cı ilin müvafiq dövründə 21245,5 min manat təşkil edib. Göründüyü kimi, 2016-cı ilin 6 ayı ərzində keçən illə müqayisədə 2,0 milyon az sərnişin daşınıb və buna uyğun olaraq gəlirlər də 391,6 min manat və ya 1,8% az olub. Yəni qeyd olunan o rəqəmlər həqiqəti əks etdirmir.

- Açıqladığınız rəqəmlərə görə, bir sərnişinin daşınma xərcinin heç də yazıldığı kimi 82 qəpik olmadığı anlaşılır. Əgər belədirsə, real rəqəm neçədir və qiymət artımı ola bilərmi?

- Yuxarıda açıqlanan rəsmi rəqəmlərə əsasən sərnişindaşımanın maya dəyəri 2015-ci ilin yekunlarına görə faktiki olaraq 54 qəpik təşkil edirdi (amortizasiya nəzərə alınmadan 32 qəpik). 2016-cı ilin 6 ayı ərzində isə sərnişindaşımanın maya dəyəri bir az da azalaraq 52,4 qəpik təşkil edib. Xatırladaq ki, Hesablama Palatası da ötən ay açıqladığı hesabatında 2015-ci il üçün Bakı Metropolitenində bir sərnişinin daşınma xərcini 54 qəpik olaraq göstərmişdi. Ancaq cari ildə yeni tikilən obyektlərin balansa götürülməsi, kommunal xidmətlərin (su təchizatı və tullantı suları, elektrik enerjisi) qiymətlərinin artması metropolitendə xərclərin çoxalmasına gətirib çıxaracaq. Bu da öz növbəsində, bir sərnişinin daşınma xərcini artıra bilər. Ancaq tarifi müəyyən etmək “Bakı Metropoliteni” QSC-nin səlahiyyətində olan məsələ deyil. Bakı metrosunda gediş haqqını Azərbaycan Respublikasının Tarif Şurası müəyyən edir.

Aİ-nin videokonfransında Ermənistan nümayəndəsinin provokasiyasına cavab verilib (FOTO)
Aİ-nin videokonfransında Ermənistan nümayəndəsinin provokasiyasına cavab verilib (FOTO)
Yelo Bank ordumuza dəstək aksiyalarına davam edir (FOTO)
Yelo Bank ordumuza dəstək aksiyalarına davam edir (FOTO)
Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanır - Elman Rüstəmov
Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanır - Elman Rüstəmov
Loading Bars
Xəbər lenti
Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyəti – işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Ermənistanın təxribatları nəticəsində 91 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb - Baş Prokurorluq
Ermənistan beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlik nümayiş etdirir - XİN
Ermənistanın münaqişəyə üçüncü tərəfi cəlb etmək istəyi nəticəsiz qalacaq - XİN rəsmisi
Azərbaycan Ordusunda heç bir qadağan olunmuş silahdan istifadə edilmir - Anar Eyvazov
Həmsədrlərin müraciətindən sonra da Ermənistan yaşayış sahələrinə zərbələr endirir - XİN
Ağdərə, Xocavənd, Qubadlı istiqamətlərində döyüşlər davam edir - Anar Eyvazov
Ermənistan yaşayış məntəqələrimizə 218 raket zərbəsi endirib
Ermənistanın mülki əhaliyə qarşı hücumları insanlıq əleyhinə cinayətlər kimi qəbul edilməlidir - Leyla Abdullayeva
Ermənistanın hərbi təxribatları və koronavirus infeksiyasına baxmayaraq, Azərbaycanın iqtisadiyyatı inkişaf edir
Erməni təcavüzü nəticəsində Azərbaycanda neçə dini obyekt zərər görüb? - RƏSMİ
Ermənistanın mülki azərbaycanlılara atdığı mərmilərin statistikası AÇIQLANDI (FOTO)
Kanadada "We All Stand With Azerbaijan!" adlı həmrəylik aksiya keçirilib (FOTO)
Düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilib (VİDEO)
Cenevrə görüşlərinin keçirildiyi gün Azərbaycanın rayonlarına 200-dən artıq mərmi atılıb - Hikmət Hacıyev
Ali Məhkəmə beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı terrorunu qətiyyətlə pisləməyə çağırıb
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - MN
Azərbaycanda 1095 nəfər COVID-19-a yoluxdu, 547 nəfər sağaldı, 12 nəfər vəfat etdi
Ermənistanın terrorçu təxribatları barədə faktlar tərəfdaş ölkələr və beynəlxalq təşkilatların diqqətinə çatdırılıb
İranda ötən sutkada 386 nəfər koronavirusdan ölüb
Ermənistanın mülki insanları kütləvi şəkildə qətlə yetirməsi davamlı hal almaqdadır - Aydın Quliyev
Erməni vaxtı ilə işləyən İsveçrə saatı - Qarabağdakı kriminal biznes (FOTO)
Avstraliyada Türkiyənin Cümhuriyyət bayramı münasibətilə keçirilən tədbirdə erməni terroru pislənilib (FOTO)
Qələbə Azərbaycanın olacaq, biz öz ərazilərimizi qaytaracağıq - Rus icmasının sədri ( FOTO)
Tailandda erməni terrorunun qurbanları yad edilib (FOTO)
Ombudsman erməni təcavüzü ilə bağlı dünya ictimaiyyətinə video-müraciət edib
Azərbaycan Prezidenti: Bu, bizimlə Ermənistan arasında olan döyüşdür və hər kəs ondan uzaqda durmalıdır
Türkiyənin Gəncədəki Baş Konsuluna başsağlığı verilib (FOTO)
Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa edir - Prezidentin köməkçisi
Cenevrə görüşü Azərbaycan ordusunun qazandığı nailiyyətlərin diplomatik masada davamıdır - Politoloq
Ermənistan qəsdən Şuşa meşələrində yanğın törədir - Hikmət Hacıyev
Ermənistanın Dağlıq Qarabağ münaqişəsini dini müstəviyə keçirmək niyyəti onun son ümidlərindən biridir - Ekspert
Azərbaycan Prezidenti: Qarabağ resurslar məsələsi deyil, bu, ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir
Rusiyada koronavirusa yoluxanların sayı 1,6 milyonu keçib
Rusiya XİN Paşinyanın Putinə kömək üçün müraciətinə mənfi cavab verdi
Azərbaycan nefti ucuzlaşıb
Prezident İlham Əliyev: Mən bir aydır bu sualı verirəm, heç bir cavab yoxdur
Azərbaycan Prezidenti: Müharibəni dayandırmağın yeganə yolu ondan ibarətdir ki, Ermənistan dayansın, öz məğlubiyyətini qəbul etsin
Prezident İlham Əliyevdən jurnalistin türk əsgərləri ilə bağlı iddiasına cavab: Siz onları Bakıda görmüsünüz, onları döyüşdə görməmisiniz
Prezident İlham Əliyevdən jurnalistin demokratiya ilə bağlı sualına cavab: Avropada etirazçıları necə döydüyünüzə baxırıq
Prezident İlham Əliyev: Bizim üç dəfə atəşkəsə razı olmağımız məsələni siyasi yolla həll etmək iradəmizi nümayiş etdirir
İzmirdə daha 100 nəfər dağıntıların altından xilas edilib
Düşmən Xocavənd istiqamətində fosfor tərkibli yük gətirməklə gələcək təxribatlarına zəmin yaratmağa çalışır- MN
Azərbaycan Prezidenti: Biz ermənilərə qarşı etnik təmizləmə aparmamışıq, etnik təmizləməyə məruz qalan biz olmuşuq
Sürix şəhərində Gəncə və Bərdə terroruna etiraz edilib (FOTO)
Prezident İlham Əliyev: Biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik
Ermənistandan pomidor idxalı dayandırıla bilər - Rusiya xəbərdarlıq etdi
Azərbaycan Prezidenti: Biz dəyişdik reallıqları, indi onlar bunları nəzərə almalıdır
Prezident İlham Əliyev: Biz əraziləri bombalarla azad etmirik, biz əraziləri döyüşçülərimizlə azad edirik
Prezident İlham Əliyev: Bu vaxtadək “Human Rights Watch” və “Amnesty International” təşkilatları Azərbaycana qarşı çox aqressiv idi
Azərbaycan Prezidenti: Biz nə qədər çox müdafiə olunuruqsa, daha çox əraziləri azad edirik
Prezident İlham Əliyev: Bizim cavabımız sərt idi, amma onlar buna layiq idilər
Prezident İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsi (FOTO)
Dinc əhalinin bombardman edilməsinin nə demək olduğunu bilirik və sizin yanınızdayıq - İsrailin Diaspor İşləri naziri
Noyabrın ilk günü hava necə olacaq?
Gürcüstanda parlament seçkiləri normal qaydada davam edir - Arzu Nağıyev (FOTO)
Ceyhun Bayramov: Dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!
Ermənistana təhvil verilmiş 85 yaşlı qadın bu ölkədə psixoloji və fiziki işgəncələrə məruz qalıb - Hikmət Hacıyev
Ermənistanda növbəti antirekord: Koronavirusdan bir gündə 41 nəfər öldü
Müddətli həqiqi hərbi xidmətə oktyabr çağırışı başa çatıb
Bakı sakini küçədə bıçaqlandı
Azərbaycan Ordusunun Şuşanı atəşə tutması xəbəri düşmənin növbəti yalanıdır - MN
Ermənistan silahlı qüvvələrinin tərkibində Suriya və İraqdan gətirilmiş PKK-çıların olması faktdır - Hikmət Hacıyev
Ceyhun Bayramov BQXK-nın baş direktoru Roberto Mardini ilə görüşüb
Erməni aqressivliyi bütün Avropa qitəsi üçün təhlükə mənbəyidir - Piter Teys
Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır - MN
Abşeronda ər arvadını xüsusi amansızlıqla öldürdü
Gürcüstanda parlament seçkiləri keçirilir
Azərbaycan işğaldan azad etdiyi ərazilərində normal həyat qurmağa başlayır
Düşmənin saxta xəbərlərini şikayət edə biləcəyiniz sayt yaradılıb
İzmirdə daha bir zəlzələ
Hər bir azərbaycanlının əbədi qürur duyacağı Komandan
Bakıda avtomobil, Tovuz və Ağcabədidə ev yanıb
Ağcabədi rayonunun Qiyaməddinli kəndi atəşə tutulub
Braziliyada bir gündə koronavirusa 22 282 nəfər yoluxub
Qubadlını artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açılıb - MN
Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursat yoxdur - MN
Britaniya qripə qarşı peyvəndlərin ixracını azaldacaq
Düşmənin məhv edilən hərbi texnikası - SİYAHI
Müdafiə Nazirliyi cəbhədə oktyabrın 31-nə olan son vəziyyəti açıqlayıb
Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulub - MN
Bakıda beşmərtəbəli binanın şaxtasında yanğın olub
Azərbaycan parlamentinin deputatları Qaqauziyada bir sıra görüşlər keçiriblər (FOTO)
ABŞ-da koronavirusa yoluxanların sayı 9 milyon nəfəri ötüb
İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Norveçdə 5,6 bal gücündə zəlzələ olub
İtaliyada bir sutkada koronavirusa 31 mindən çox insan yoluxub
ANAMA cəbhəboyu ərazilərdə top mərmisi, bombacıq, radiopelenqator və mərmi qalıqları aşkar edib (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 322 mini keçib
ATƏT-in Minsk Qrupu Cenevrə görüşü ilə bağlı bəyanat yayıb
Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan XİN rəhbəri ilə görüşü başa çatıb
Moskvada koronavirusdan daha 55 nəfər ölüb
Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - Müdafiə Nazirliyi
"FranckMuller" saatlarının banisi Kəlbəcər rayonunda və Vecnəli kəndində qanunsuz qızıl axtarışı ilə məşğul olub - Hikmət Hacıyev
Bu gün Azərbaycan heç bir beynəlxalq hüququ tanımayan azğın Ermənistanla üz-üzədir - Deputat
Ekstremist "Zouaves Paris" qruplaşmasının rəhbəri Dağlıq ​​​​​​​Qarabağa vuruşmağa yola düşüb (FOTO)
"Modern Diplomacy"də Ermənistanın Dağlıq Qarabağın mədəni irsini məhv etməsi ilə bağlı məqalə dərc edilib
Düşmənin növbəti “Osa” ZRK-sı məhv edilib - MN (VİDEO)
Sahibə Qafarova İzmirdəki zəlzələ ilə əlaqədar türkiyəli həmkarına zəng edib (FOTO)
"Formula-1"də daha 9 nəfərdə koronavirus aşkarlanıb
Bütün xəbərlər