...

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturu dəyişilib

Cəmiyyət Materials 19 Oktyabr 2016 03:43 (UTC +04:00)
Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturunun təkmilləşdirilməsi məqsədi ilə qərar qəbul edib
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturu dəyişilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturunun təkmilləşdirilməsi məqsədi ilə qərar qəbul edib.

Trend-in məlumatına görə, qərara əsasən, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Ekologiya İdarəsi “Bakı Sukanal” İdarəsinə , “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin H.Z.Tağıyev adına Su Təchizatı İdarəsi və Oğuz-Qəbələ-Bakı Su Təchizatı İdarəsi Ceyranbatan Su Təchizatı İdarəsinə birləşdirilib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti, “Şəki Sukanal” Törəmə Səhmdar Cəmiyyəti “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində fəaliyyət göstərən hüquqi şəxs kimi müəyyən ediliblər.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Mingəçevir Sukanal” İdarəsi və “Şirvan Sukanal” İdarəsi “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturundan çıxarılaraq “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibinə daxil ediliblər.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti