...

Azərbaycanda qadın alimlərin sayı artır

Cəmiyyət Materials 24 Oktyabr 2016 07:47 (UTC +04:00)
Azərbaycanda qadın alimlərin sayı artır.
Azərbaycanda qadın alimlərin sayı artır

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda qadın alimlərin sayı artır.

Trend-in statistik göstəricilərə istinadən verdiyi məlumata görə, 1991-ci ildən indiyədək olan dövr ərzində ötən il Azərbaycanda fəlsəfə doktoru olan qadınların sayı ən yüksək həddə çatıb.

1991-ci ildə Azərbaycanda fəlsəfə doktoru olan qadınların sayı 2339 nəfər olduğu halda, 2001-ci ildə onların sayı 2572, 2013-cü ildə 4210, 2014-cü ildə 3901, 2015-ci ildə isə 5614 nəfər olub.

1991-ci ildən sonra elmlər doktoru elmi dərəcəsi alan qadınların da sayı artıb. 1991-ci ildə elmlər doktoru elmi dərəcəsi alan qadınların sayı 120 nəfər olduğu halda, 2001-ci ildə onların sayı 152, 2013-cü ildə 364, 2014-cü ildə 331, 2015-ci ildə isə 416 nəfər olub.

Qeyd edək ki, bütün illərdə həm fəlsəfə doktoru, həm də elmlər doktoru elmi dərəcəsi alan kişilərin sayı qadınlardan çox olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti