...

"Nardaran işi" üzrə məhkəmə prosesi davam edir (YENİLƏNİB)

Cəmiyyət Materials 26 Oktyabr 2016 16:42 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman birliyi” adlı təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Nardaran işi" üzrə məhkəmə prosesi davam edir (YENİLƏNİB)

İlk xəbər saat 14:09-da yayılıb

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman birliyi” adlı təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Bəxtiyar Aşurov bildirib ki, Maştağada polislər tərəfindən saxlanılıb.

Hakim B.Aşurovun izahatını elan edib. İzahatda qeyd edilib ki, T.Bağırov çıxışları zamanı Azərbaycanda dini dövlət qurmaq istədiyini bildirib və deyib ki, bunun üçün hamı canından keçməlidir.

Digər şahid Samir Babayev isə bildirib ki, noyabrın 5-də Sabunçu Rayon Polis İdarəsinin qarşısına gedərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Bir gün sonra isə onu evə buraxıblar.

Prosesdə vəsatət qaldıran vəkil Yalçın İmanov bildirib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İslam Ağabəyovun təkrar şahid qismində dindirilsin. Məhkəmə vəsatəti təmin etməyib. Proses günün ikinci yarısında davam etdiriləcək.

Proses oktyabrın 28-də davam edəcək.

Qeyd edək ki, T.Bağırov və təşkilatın digər üzvləri Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar. Həmin şəxslər ötən il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.

F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti