...

Coğrafiya İnstitutu: Bakıda yeni sürüşmə sahələrinin yaranması mümkündür

Cəmiyyət Materials 31 Oktyabr 2016 13:35 (UTC +04:00)
Bakıda - Günəşli, Əhmədli, Lökbatan, Badamdar, Qaraçuxur, Xırdalan və Masazırda yeni sürüşmə sahələrinin yaranması mümkündür.
Coğrafiya  İnstitutu: Bakıda yeni sürüşmə sahələrinin yaranması mümkündür

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda - Günəşli, Əhmədli, Lökbatan, Badamdar, Qaraçuxur, Xırdalan və Masazırda yeni sürüşmə sahələrinin yaranması mümkündür.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

Onun sözlərinə görə, bu proses bu il rütubətli havaların belə uzun müddətli müşahidə edilməsinin nəticəsi olaraq özünü göstərə bilər.

E.Əlizadə bildirib ki, əvvəllər nisbətən sabit olan sürüşmə ərazilərində də fəallaşmanın güclənməsi gözlənilir.

İnstutun direktor müavini qeyd edib ki, respublika ərazisinin təqribən 25-26 faizi potensial sürüşmə təhlükəli ərazilərdir.

Onun sözlərinə görə, son dövrlərdə sürüşməyə meylli ərazilərdə sürüşmə müşahidə olunmurdu: “Amma bu il həmin zonalarda, məsələn, Göyçay dərəsində, Xınalıq yolu və onun ətrafında, Gədəbəy-Daşkəsən zonasında sürüşmə sahələrində proseslər xeyli fəallaşıb. Bu, rütubətli havaların bu il belə uzun müddət müşahidə edilməsinin nəticəsidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti