...

Ekspertiza: Xəzərdən tapılan meyit itkin düşən neftçiyə məxsusdur

Cəmiyyət Materials 11 Noyabr 2016 14:12 (UTC +04:00)
Xəzərin "Dərinsulu Günəşli" platformasının yaxınlığında sudan tapılan meyitin kimliyi məlum olub.
Ekspertiza: Xəzərdən tapılan meyit itkin düşən neftçiyə məxsusdur

Bakı. Samir Əli - Trend:

Xəzərin "Dərinsulu Günəşli" platformasının yaxınlığında sudan tapılan meyitin kimliyi məlum olub.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, meyit Pirallahı rayonu ərazisindən tapılaraq məhkəmə tibbi-ekspertizasına təhvil verilib.

Aparılan araşdırmalar nəticəsində meyitin noyabrın 8-də itkin düşmüş "Dərinsulu Günəşli" platformasındakı qazma podratçısının işçisi, 1964-cü il təvəllüdlü Hacıyev Qalib Məmmədtağı oğlu olduğu müəyyənləşib.

Meyit artıq mərhumun ailəsinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti