...

Bakı Marşal Klubu Bəhreyn təcrübəsini öyrənir (FOTO)

Cəmiyyət Materials 23 Noyabr 2016 11:17 (UTC +04:00)
Bakı Marşal Klubunun (BMK) 28 nəfərdən ibarət nümayəndə heyəti 15-20 noyabr tarixlərində Bəhreyndə işgüzar səfərdə olub.
Bakı Marşal Klubu Bəhreyn təcrübəsini öyrənir (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubunun (BMK) 28 nəfərdən ibarət nümayəndə heyəti 15-20 noyabr tarixlərində Bəhreyndə işgüzar səfərdə olub.

BŞH-dən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində klub üzvləri Bəhreyn treki və yarış idarəetmə mərkəzi ilə yaxından tanış olublar. Klub üzvləri eyni zamanda, Bəhreyndə keçirilən FİA 2016 Dünya Dayanıqlıq Çempionatının altı saatlıq yarışında marşal qismində iştirak ediblər.

Səfər zamanı nümayəndə heyətinə başçılıq edən BMK-nın rəhbəri Çingiz Mehdiyev səfərin məhsuldar keçdiyini bildirib: “Bu, bizim Bəhreynə sayca 3-cü səfərimizdir. On ildən çoxdur ki, Bəhreyn Beynəlxalq Treki hər il müxtəlif beynəlxalq avtomobil yarışlarına ev sahibliyi edir. Bəhreynli marşallar böyük təcrübəyə malikdirlər və biz onlarla sıx əməkdaşlıq edirik. Onlar bizim marşallar üçün təlimlər təşkil edirlər, bilik və təcrübələrini bizimlə paylaşırlar. Artıq Bakı Marşal Klubunun nümayəndələri yetərincə təcrübə əldə ediblər və Bəhreyndə təşkil olunmuş bu yarışda klubumuzun üzvləri bəhreynli həmkarları ilə birlikdə öz vəzifələrinin öhdəsindən layiqincə gəliblər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti