...

Azərbaycanın yeganə fransızdilli qəzeti olan “Le Carrefour” Fransa televiziyasının diqqətində

Cəmiyyət Materials 17 Dekabr 2016 20:56 (UTC +04:00)

Bakı. Trend:

Fransanın TV5 Monde telekanalının “İstiqamət Frankofoniya” (“Destination Francophonie”) proqramının aparıcısı İvan Kabakov verilişin feysbuk və tvitter səhifələrində Azərbaycanda nəşr olunan yeganə fransızdilli “Le Carrefour” (“Yol qovşağı”) qəzeti haqqında məlumat yayıb.

O, www.lecarrefour.az saytının linkini paylaşaraq bu sözləri yazıb: “Qafqazda Azərbaycanın yeganə fransızdilli qəzeti “Le Carrefour”u kəşf edin”.

“Destination Francophonie” dünyada fransız dilinin aktual məsələləri haqqında mövzular qoyulan və TV5 Monde telekanalında yayımlanan həftəlik proqramdır. Bu verilişdə həftə ərzində dünyadakı əsas frankofon hadisələrin xronikası verilir.

“Le Carrefour” qəzetinin təsisçisi və baş redaktoru Zeynəb Kazımova bildirib ki, auditoriyası yüz minlərlə olan və dünyanın hər tərəfində yayımlanan verilişin sosial şəbəkələrdə də kifayət qədər izləyicisi var. Aparıcının qəzet haqqında sosial şəbəkələrdə paylaşımı gələcəkdə bu verilişin bir bölümünün Azərbaycana həsr olunması ehtimalını yaradır ki, bu da ölkəmizin təbliği baxımından mühüm hadisə ola bilər. Bu, Azərbaycanda yeganə fransızdilli qəzet üçün də vacib məsələdir. Belə ki, sözügedən verilişin əsas ideyası dünyanın müxtəlif ölkələrindən frankofon təşkilatları və insanları tapmaq və onları tanıtmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti