...

FHN: Son 5 ildə Azərbaycanda 721 min 194 yanğın hadisəsi baş verib

Cəmiyyət Materials 20 Dekabr 2016 14:43 (UTC +04:00)
Son 5 ildə Azərbaycanda 721 min 194 yanğın hadisəsi baş verib.
FHN: Son 5 ildə Azərbaycanda 721 min 194 yanğın hadisəsi baş verib

Bakı. Samir Əli - Trend:

Son 5 ildə Azərbaycanda 721 min 194 yanğın hadisəsi baş verib. Trend-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) baş yanğın təhlükəsizliyi eksperti, general-mayor Yusif Nəbiyev bu gün FHN-nin yaradılmasının 11-ci ildönümünə həsr olunmuş elmi-praktik seminarda çıxışında deyib.

Onun sözlərinə görə, son 5 il ərzində baş verən yanğınlardan 151-i yüksək saylı çağırışla söndürülüb:

"Yanğınların söndürülməsi zamanı 611 yetkinlik yaşına çatan şəxs, 113 uşaq xilas edilib, 4779 nəfər təxliyə edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti