...

DİQQƏT! "Türk Hava Yolları" bütün reysləri ləğv etdi

Cəmiyyət Materials 9 Yanvar 2017 16:24 (UTC +04:00)
THY İstanbul aeroportlarında yerli vaxtla saat 18:00-dək olan reysləri təxirə salıb.
DİQQƏT! "Türk Hava Yolları" bütün reysləri ləğv etdi

Bakı. Orxan Quluzadə - Trend:

"Türk Hava Yolları" (THY) aviaşirkəti əlverişsiz hava şəraiti səbəbindən İstanbul aeroportlarında yerli vaxtla saat 18:00-dək olan reysləri təxirə salıb.

Trend-in məlumatına görə, bu barədə THY-nin rəhbəri Bilal Ekşi bildirib.

Havaya qalxan təyyarələr yaxın şəhərlərdəki aeroportlara istiqamətləniblər.

İstanbulda göl donub (VİDEO)

İstanbulda göl donub (VİDEO)

Qeyd edək ki, 4 gündür İstanbulda qarlı-şaxtalı hava şəraiti davam edir. Bu səbəbdən şənbə və bazar günlərində hava limanlarında mindən çox aviareys təxirə salınmışdı. Eləcə də hazırda Bosfor boğazında bərə nəqliyyatı dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti