...

Bakı Sağlamlıq Mərkəzi özəlləşdirilir? - Mərkəzdən cavab

Cəmiyyət Materials 18 Yanvar 2017 16:21 (UTC +04:00)
Bakı Sağlamlıq Mərkəzinin özəlləşdirilməyə çıxarılması və bunun üçün artıq həmin müəssisədə hazırlıq işlərinin görülməsi barədə yayılan xəbərlər doğru deyil.
Bakı Sağlamlıq Mərkəzi özəlləşdirilir? - Mərkəzdən cavab

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Sağlamlıq Mərkəzinin özəlləşdirilməyə çıxarılması və bunun üçün artıq həmin müəssisədə hazırlıq işlərinin görülməsi barədə yayılan xəbərlər doğru deyil.

Bunu Trend-ə Bakı Sağlamlıq Mərkəzinin direktoru Hikmət Həsənov deyib.

Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzinin özəlləşdirilməsi barədə mərkəzə hər hansı rəsmi məlumat daxil olmayıb:

“Bakı Sağlamlıq Mərkəzi dövlət müəssisəsidir. Məncə, bura elə dövlət müəssisəsi olaraq da qalacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti