...

Yeni Tehran-Bakı reysi açılır

Cəmiyyət Materials 31 Yanvar 2017 13:49 (UTC +04:00)
Bu il fevral ayından etibarən İranın "Mahan" aviaşirkəti Azərbaycana birbaşa uçuşlar təşkil edəcək.
Yeni Tehran-Bakı reysi açılır

Bakı. Fərhad Daneşvər - Trend:

Bu il fevral ayından etibarən İranın "Mahan" aviaşirkəti Azərbaycana birbaşa uçuşlar təşkil edəcək. Trend-in verdiyi məlumata görə, şirkətin təşkil etdiyi Tehran-Bakı aviareysinin ilk sərnişinləri fevralın 1-də Bakı Hava Limanında yerli vaxtla saat 09:50-də olacaqlar.

Tehran-Bakı ikitərəfli reysinin açılış mərasimində İranın Azərbaycandakı səfiri və aviaşirkətin nümayəndələri iştirak edəcəklər.

Məlumata görə, reyslər çərşənbə və şənbə günləri daxil olmaqla, həftədə 2 dəfə, mart ayından başlayaraq isə cümə günü də daxil olmaqla, həftədə 3 dəfə həyata keçiriləcək.

Qeyd edək ki, hazırda İranın "ATA" aviaşirkəti Tehran-Bakı reyslərini həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti