Bakı. Trend:
Ötən gecə və səhər saatlarında olduğu kimi bu gün də avtonəqliyyat vasitələrinin hərəkətinin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə Bakı şəhərinin “Azəravtoyol” ASC-nin balansında olduğu küçə və prospektlərin, o cümlədən respublikanın avtomobil yollarının qardan və buzdan təmizlənməsi istiqamətində işlər aparılıb.
Bu barədə Trend-ə “Azəravtoyol” ASC-dən məlumat verilib.
Yollara "Azəravtoyol" ASC-yə məxsus qar kürüyən, duz-qum səpən texnikalar, həmçinin canlı qüvvə cəlb edilib. Atılmış addımlar nəticəsində Bakı şəhərində və respublikanın avtomobil yollarında avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunmayıb.