...

Martın 1-dən məktəblilərin idman yarışlarının 2-ci mərhələsi başlayır (FOTO)

Cəmiyyət Materials 13 Fevral 2017 10:49 (UTC +04:00)
“Olimpiya Hərəkatı-2017” (“Olympic Moves-017”) idman proqramı çərçivəsində keçirilən məktəbdaxili yarışlar fevralın 16-da yekunlaşacaq.
Martın 1-dən məktəblilərin idman yarışlarının 2-ci mərhələsi başlayır (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

“Olimpiya Hərəkatı-2017” (“Olympic Moves-017”) idman proqramı çərçivəsində keçirilən məktəbdaxili yarışlar fevralın 16-da yekunlaşacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, yarışlarda paytaxtın 294 ümumi təhsil müəssisəsi üzrə 63 504 şagird iştirak edir. Bakı məktəbliləri ilə yanaşı, Sumqayıt, Göygöl və Gəncə məktəbliləri də yarışlara qatılıblar.

Qarşılaşmalar 5 idman növü–voleybol, basketbol, badminton, velosiped yarışı və atletika üzrə keçirilir.

Məktəbdaxili yarışlar mərhələsində müvafiq federasiyalardan olan məşqçilər və hakimlər oyunlara nəzarəti həyata keçirir, şagirdlərə qaydaları izah edirlər.

Martın 1-dən “Olimpiya Hərəkatı-2017” idman yarışının II mərhələsi–rayondaxili yarışlar start götürəcək.

“Olimpiya Hərəkatı-2017” idman proqramı Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Proqramın əsas məqsədi olimpiya idman növlərinin məktəblilər arasında təbliğini aparmaqla, şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, idman federasiyaları və idman məktəbləri arasındakı əməkdaşlığı genişləndirmək, olimpiya idman komplekslərindən səmərəli istifadəni təmin etməkdir.

Xəbər lenti

Xəbər lenti