...

Səyyar ASAN xidmət bir sıra bölgələrdə vətəndaşlara xidmət göstərəcək

Cəmiyyət Materials 20 Fevral 2017 10:31 (UTC +04:00)
Səyyar ASAN 18 fevral-18 mart Lənkəran, Şəki, Şəmkir və Şirvan şəhərlərində, 20 fevral-3 mart Tovuz şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Səyyar ASAN xidmət bir sıra bölgələrdə vətəndaşlara xidmət göstərəcək

Bakı. Trend:

Səyyar ASAN 18 fevral-18 mart Lənkəran, Şəki, Şəmkir və Şirvan şəhərlərində, 20 fevral-3 mart Tovuz şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

ASAN-dan Trend-ə verilən məlumata görə, bundan başqa, Səyyar ASAN xidmət avtobusları 1-20 fevral Abşeron rayonunun Ceyranbatan qəsəbəsində, 1 fevral-1 mart Mingəçevir və Quba şəhərlərində, 13-22 fevral Suraxanı rayonunun Zığ qəsəbəsində vətəndaşların xidmətində olacaqlar.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Əmək pensiyalarının təyin edilməsi;
Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti