...

ADU-da müəllimlərdən beynəlxalq dil sertifikatı tələb olunacaq

Cəmiyyət Materials 22 Fevral 2017 16:32 (UTC +04:00)
Müəllimlərdən onların dil səviyyəsini müəyyən edən TOEFL, İELTS, DELS, DALF, B2, C1 kimi beynəlxalq dil sertifikatları tələb olunacaq.
ADU-da müəllimlərdən beynəlxalq dil sertifikatı tələb olunacaq

Bakı. Trend:

2017-2018-ci tədris ilindən etibarən Azərbaycan Dillər Universitetində (ADU) dil tədris edən kafedralarda boş elan olunan müəllim vəzifəsini tutmaq üçün müsabiqədə iştirak edəcək müəllimlərdən onların dil səviyyəsini müəyyən edən TOEFL, İELTS, DELS, DALF, B2, C1 kimi beynəlxalq dil sertifikatları tələb olunacaq.

ADU-nun İnformasiya Departamentindən Trend-ə verilən məlumata görə, bu, müqavilə müddəti bitmiş, attestasiyadan keçəcək müəllimlərə də aiddir. Bununla əlaqədar universitetin bütün kafedralarına bildirişlər göndərilib.

Qeyd etmək lazımdır ki, ADU rəhbərliyinin bu qərarı universitetin professor-müəllim heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və tədris prosesinin keyfiyyətinin daha da yaxşılaşmasına xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti