Metropoliten yolları ən etibarlı səviyyəyə çatdırılıb (FOTO)

Metropoliten yolları ən etibarlı səviyyəyə çatdırılıb (FOTO)

Bakı. Trend:

Bakı Metropolitenində 60 km-dən artıq yol plan və profildə əla qiymətə layiq vəziyyətə gətirilib.

Bu barədə Trend-ə qurumdan məlumat verilib.

Operativ tədbirlər planı əsasında, 2015-ci ildə qeyri-qənaətbəxş yolların uzunluğu dəfələrlə azaldılaraq, 2 km-ə endirilib. Keçən ilin sonuna isə qeyri-kafi qiymətli yol qalmayıb. "Yaxşı" və "kafi" qiymətli yolların uzunluğu 2015-ci ildə 30 km-ə yüksəldilmişdisə, artıq həmin yollar "əla" kateqoriyasına keçdiyindən, bu rəqəm də 6 km-ə endirilib.

Yol təsərrüfatı dünya praktikasında ilk dəfə daşınması asan olan planşet və noutbuklarla təchiz olunub. Bu, kompleksin qeydə aldığı irihəcmli göstəriciləri yerində əyani şəkildə təhlil etməyə, problemlərin əsas səbəblərini operativ surətdə müəyyən etməyə, nəticə çıxarmağa və s. araşdırmalara imkan verir. 2014-2016-cı illər ərzində 43 min 200 metr rels, 7200 uzun və 756 gödək şpal yenisi ilə əvəzlənib, 1200 metr yolda qaldırma təmiri aparılıb. Bu, yolların rəvan vəziyyətə gətirilməsinə xüsusi təsir göstərib. Bu dövrdə xüsusi əhəmiyyət kəsb edən “İçərişəhər-28 May” sahəsində və “Cəfər Cabbarlı-Xətai” mənzilində yolların tam sağlamlaşdırılması işləri başa çatdırılıb.

Müasir dövrün tələblərinə uyğun yeniliklər sırasında bir çox ölkələrdə şpalların təmirində geniş yer alan kompozit maddənin tətbiqi diqqətə layiqdir. Metropolitenin tərəfdaşlarından birinin təklifi olan bu maddə də "Gənclik-28 May" mənzilində sınaqlar zamanı özünü çox yaxşı göstərib. Ondan şpallardakı çatların, köhnə şurup yerlərinin və şpalla beton arasındakı boşluqların doldurulması üçün istifadə edilir. Əvvəllər şpalın köhnə şurup yerləri adi taxta tıxaclarla doldurulurdu. Bu tıxaclar suyun, palçığın təsiri altında çürüyüb dağılırdı. Yeni maddənin tətbiqi ilə belə hallar aradan qaldırılıb. Hazırda yeni üsulla artıq 1500-dən çox şpal təmir olunub.

Metropolitenin yeni inşa olunan xətlərində dövrün ən son texnoloji yeniliklərinin tətbiqi nəzərdə tutulub. Azərbaycanın müstəqilliyi dövründə inşa olunan ilk xəttin – Bənövşəyi xəttin 5,5 km-lik sahəsi keçən il istismara verilib. Bu xüsusda, daha bir yenilik metropoliten yolları üçün əhəmiyyətli olan rels-qaynaq sahəsində edilib. Yeni xətdə relslər və təmas relsləri yoldan çıxarılmadan alümin-termit üsulu ilə qaynaq edilir. Onun mənimsənilməsi məqsədilə sahənin mütəxəssisləri Rusiyanın aparıcı müəssisələrində təcrübə mübadiləsi keçiblər. İndi bu işlər də metropolitendə tam sərbəst şəkildə yerinə yetirilir.

Metropoliten yollarında müasir dünya standartlarının tətbiqi ilə bağlı ən əhəmiyyətli yenilik yeni inşa olunan xətlərdə beton blokların tətbiqi olacaq. Bununla bağlı son hazırlıq tədbirləri yekunlaşmaq üzrədir. Yerli şəraitdə istehsalı da nəzərə alınmaqla, bu yeniliyin tətbiqi nəticəsində yolların daha keyfiyyətli və sürətli olmasına, davamlı və uzunömürlü materiallarla təchiz edilməsinə, ölkədən kənar gətirilən şpallardan asılılığı azaltmasına, onlara qulluğun dəfələrlə sadələşməsinə və asanlaşmasına nail olunacaq. Bu isə metropolitenin daha səmərəli, ən əsası, sərnişinə daha təhlükəsiz və rahat xidmət göstərməsini təmin edəcək. Sonrakı dövrlərdə isə hazırda istismarda olan yollarda da beton blokların tədricən taxta şpalları əvəz etməsi bu işlərin məntiqi yekunu olacaq.

Qeyd edək ki, beton blokların istehsalı məqsədilə Almaniyanın “Vollert” şirkətindən Avropa standartlarına cavab verən yeni avadanlıqlar alınmaqla “Bakı Metropoliteni” QSC-nin strukturuna daxil olan dəmir-beton konstruksiyaları sahəsində yeni istehsalat sahəsi yaradılıb və istehsal prosesinə başlanılıb. Həmçinin optimal tələblər əsasında, yolun digər üstquruluşu materiallarının beton bloklara uyğunluğu təmin edilib. Onların çeşidi, keyfiyyəti, ölçüləri, yerli şəraitə uyğunluğu, geoloji, texniki və təhlükəsizlik tələblərinə cavab verməsi, etibarlığı, həmçinin gələcəkdə ağac şpalların beton bloklarla əvəzlənməsi üçün mövcud imkanlara qədər hər bir məsələyə həssaslıqla yanaşılıb. Bu xüsusda yolun bərkidilməsi üçün üç variant arasından ən münasibi hesab edilmiş "300 UTS" markalı rels bəndlərinin seçilməsini qeyd etmək olar. Prosesin məntiqi yekunu Bakı metropoliteninin Avropa standartlarına - dünyanın əksər ölkələrində uğurla tətbiq edilən RHEDA yol tipinə keçid olacaq. Bu, gələcəkdə yol təsərrüfatının tam yeni əsaslara keçirilməsinin təməli olmaqla, onun potensialının, işin səmərəsinin artırılmasını, maddi-texniki bazasının yenidən qurulmasını təmin edəcək.

"Belavia" Bakıdan Minskə uçuşları bərpa edir
"Belavia" Bakıdan Minskə uçuşları bərpa edir
Kəlbəcər - Zəngin təbii resurslar və turizm potensialı
Kəlbəcər - Zəngin təbii resurslar və turizm potensialı
Türkiyəyə səfər edən azərbaycanlıların sayı azalıb
Türkiyəyə səfər edən azərbaycanlıların sayı azalıb
Loading Bars
Xəbər lenti
Azərbaycanda hotellərə veriləcək ulduzlar beynəlxalq platformada da tanınacaq
Noyabrın 30-da xarici valyutaların manata qarşı məzənnələri
"Ağyoxuş" qızıl yatağı istismara verildi (FOTO)
Braziliyada koronavirusa yoluxanların sayı 6,3 milyon nəfəri ötüb
Kanadada əcnəbilər üçün ölkəyə giriş qadağası 21 yanvaradək uzadılıb
Bakıdan Naxçıvana yeni avtomobil yolu çəkilə bilər (ÖZƏL)
Qazaxıstanda koronavirusa daha 794 nəfər yoluxub
Venesuela prezidenti sosial şəbəkədə özünün telefon nömrəsini paylaşdı
Fransada koronavirusa sutkalıq yoluxmaların sayı azalmağa davam edir
Bakıda hosteldə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Bayden Ağ Evin mətbuat katibi vəzifəsinə Cen Psakini təyin etmək niyyətindədir
Fransada nümayişlər zamanı 98 polis əməkdaşı xəsarət alıb
Hemilton "Formula-1" üzrə Bəhreyn Qran Prisinin qalibi oldu
Moskvada koronavirusdan daha 74 nəfər ölüb
Suqovuşana çəkiləcək avtomobil yolunun minalardan təmizlənilməsi əməliyyatı davam edir (FOTO)
Abşeronda yaşayış binasında baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Britaniyada koronavirusdan ölənlərin sayı 58 245 nəfərə çatıb
Meksikada silahlı hücum nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb
Türkiyədə koronavirusdan sağalanların sayı 400 mini keçib
Rusiyalı həkimdən dünyaya daha bir epidemiya xəbərdarlığı
OPEK+ monitorinq komitəsinin nazirləri razılığa gələ bilməyiblər
Yoluxma sayı artmaqda davam edərsə, qaydalar sərtləşdirilə bilər - TƏBİB-dən xəbərdarlıq
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 564 mindən çox artıb
Argentinada güclü zəlzələ baş verib
Vətəni Xudayarın səsindən tanıyın (VİDEO)
Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verib
Qırğızıstanda koronavirusa yoluxanların sayı 71 971 nəfərə çatıb
Azərbaycan gimnastlarının bədii gimnastika üzrə Avropa çempionatında nəticələri məlum olub
Rusiya Federasiyasının sülhməramlı kontingentinin təminatı ilə bağlı fəaliyyətlər həyata keçirilir (FOTO/VİDEO)
Xalq rəssamı Tahir Salahovun həyat yoldaşı vəfat edib (FOTO/VİDEO)
Qurban Qurbanov koronavirusa yoluxub
Bakıda su hovuzuna düşən 2 azyaşlının meyitləri tapıldı (ƏLAVƏ OLUNUB)
Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb
Xalqın Ali Baş Komandanının ətrafında daha sıx birləşməsi bəzi hakimiyyət hərislərini təlaşlandırır - Siyasi ekspert
Ermənistan prezidenti Paşinyan hökumətinin istefasını tələb edib
Yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsini hansı cəza gözləyir?
Bakıda kommersiya obyektində yanğın olub
Abşeronda yaşayış binasında yanğın olub
Biz yaralılarımızı çiynimizə alıb irəli gedirdik, düşmən isə qoruxdan silahlarını atıb qaçırdı - Qarabağ qazisi
Azərbaycan diasporu yeni və çətin mərhələyə keçib: əsl mübarizə hələ qabaqdadır
Suqovuşan kəndinə gedən yolun mina və partlamamış sursatlardan təmizlənməsi işləri davam edir (FOTO)
Zərdabda yaşayış yerini qanunsuz tərk edən aktiv koronaviruslu xəstəyə cinayət işi açılıb
İranda sutka ərzində 389 nəfər koronavirusdan ölüb
Xırdalandakı uçquna görə, 9 məcburi köçkün ailəsi müvəqqəti ünvanda yerləşdirilib - Komitə
Daşkəsəndə karantin rejimini pozan iaşə obyektləri aşkarlanıb
Bugün sifariş əsasında “qara piar” aparan radikal müxalifətin hərisliyi ucbatından topraqlarımız işğal olunmuşdu - ŞƏRH
Koronavirus mutasiyaya uğrayıb - İranın səhiyyə naziri xəbardarlıq etdi
Azərbaycanda COVID-19-a 4 170 yeni yoluxma qeydə alınıb, 1 985 nəfər sağalıb, 38 nəfər vəfat edib
Yaponiya məlumatları yüksək sürətlə ötürmək üçün peyk buraxıb
Birinci Qarabağ müharibəsinin məğlub müxalifət qalıqları tarixi Qələbəni həzm edə bilmir - ŞƏRH
Rusiyada sutka ərzində 26 mindən çox insan koronavirusa yoluxub
Ağdam rayonunun Şahbulaq kəndi (FOTO/VİDEO)
Sabah Azərbaycanda yağış, qar yağacaq
Birinci Qarabağ müharibəsinin təcrübəsi göstərir ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur - Politoloq
Gürcüstanda daha 4 426 nəfər koronavirusa yoluxub
Gələn ilin əvvəlindən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq
Şabranda yaşadığı ünvanı tərk edən “COVİD-19” xəstələri müəyyən edilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin elmi-praktiki konfransı keçirilib (FOTO)
Qarabağ xalçalarının salnaməsi (FOTO)
Əfqanıstanda partlayış nəticəsində 21 nəfər həlak olub
İşğaldan azad olunmuş Kəlbəcər rayonunun kəndləri(FOTO/VİDEO)
Mayk Tayson və Roy Conson arasındakı döyüş heç-heçə ilə nəticələndi
Azərbaycandan Türkiyəyə təbii qaz ixracı azalıb
İşğaldan azad edilmiş ərazilərimizdə təhsil infrastrukturunun qurulması ilə bağlı TƏKLİFLƏR
Abşeronda "Volkswagen" yanıb
Britaniyada bir gündə koronavirusa 15 871 yoluxma qeydə alınıb
Hemilton "Formula-1" üzrə Bəhreyn Qran Prisinin təsnifat mərhələsinin qalibi oldu
Qazaxıstanda koronavirusa daha 826 nəfər yoluxub
Nigeriyada onlarla "Boko Haram" silahlısı öldürülüb
BƏƏ-də ABŞ hərbçisi həlak olub
Dünyada koronavirusa yoluxanların sayı 62 milyon nəfəri ötüb
Fransada koronavirusa yoluxanların sayı 2,2 milyonu ötüb
Londonda polis 150-dən çox nümayişçini saxlayıb
Türkiyə XİN-i iranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsini pisləyib
Futbol üzrə İspaniya çempionatında "Real" "Alaves"ə məğlub oldu
Tovuzda minik avtomobili yanıb
Parisdə keçirilən etiraz aksiyasında 46 min nəfər iştirak edib
Şirvanda mənzildə qadın meyiti aşkarlanıb
Hikmət Hacıyev Tərtər və Ağdama səfərindən foto və videogörüntülər paylaşdı
Moskvada koronavirusdan daha 72 nəfər ölüb
"Qarabağ" qaçqın və məcburi köçkünlər arasında sürgündə olan yeganə futbol klubu idi - Hikmət Hacıyev (FOTO)
Azərbaycanda əmtəə qazının hasilatı artıb
Türkiyədə koronavirusdan sağalanların sayı 396 mini keçib
Mustafa Şentop: Azərbaycanın öz torpaqlarını azad etməsi Tarixi İpək Yolunu canlandıracaq
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Fransada etiraz aksiyalarında 37 polis xəsarət alıb
Dünyada koronavirusa rekord sayda yoluxma halı qeydə alınıb - ÜST
İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qətnamələr qəbul edilib
“Associated Press” Ermənistanın Gəncəyə raket hücumunun ağır nəticələri ilə bağlı reportaj yayıb (FOTO/VİDEO)
Beynəlxalq ictimaiyyət terrorizmin qarşısında dayanmalıdır - Zərif
ANAMA Füzulidə 4 mülki şəxsin minaya düşərək həlak olması ilə bağlı məlumat yaydı
Ağdam 27 il işğal altında qaldıqdan sonra (VİDEO)
Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihənin üçüncü modul təlimi keçirilib (FOTO)
Azərbaycan komandası bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb
Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar - "France-24"in Ağdamdan reportajı
Azərbaycanın bədii gimnastika üzrə gənclər komandasının Avropa çempionatındakı çıxışının nəticələri məlum olub
Somalinin paytaxtında partlayış olub, 6 nəfər ölüb
Kəlbəcər rayonunun Vəng kəndi (VİDEO)
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 28.11.2020 tarixli bölüm
Daxili İşlər Nazirliyinin mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək
Bütün xəbərlər