...

İsveçrənin tanınmış eksperti azərbaycanlı jurnalistlər üçün seminar keçib (FOTO)

Cəmiyyət Materials 10 Aprel 2017 15:59 (UTC +04:00)
Bu gün Mətbuat Şurasında (MŞ) İsveçrənin tanınmış media və PR eksperti, pedaqoq Aleksandra Stark kütləvi informasiya vasitələrinin bir qrup təmsilçisi üçün seminar keçib.
İsveçrənin tanınmış eksperti azərbaycanlı jurnalistlər üçün seminar keçib (FOTO)

Bakı. Trend:

Bu gün Mətbuat Şurasında (MŞ) İsveçrənin tanınmış media və PR eksperti, pedaqoq Aleksandra Stark kütləvi informasiya vasitələrinin bir qrup təmsilçisi üçün seminar keçib.

Şurasdan Trend-ə verilən məlumata görə, seminar İsveçrənin Azərbaycandakı səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində düzənlənib, əsasən onlayn media, media marketinqi və sosial şəbəkələr mövzusunda olub.

Toplantı iştirakçılarını salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov təlimçi A.Stark barədə məlumat verib, ekspertin çox illik təcrübəsinin Azərbaycan jurnalistləri üçün faydalı tərəflərinə diqqət çəkib. Ə.Amaşov həmçinin bildirib ki, rəhbərlik etdiyi qurumla İsveçrənin Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı davamlı olacaq. O, İsveçrədən Azərbaycana, Azərbaycandan da İsveçrəyə jurnalist səfərlərinin təşkilinin vacibliyini əsaslandırıb: “Bu günkü seminar ilk addımdır. Hesab edirəm ki, İsveçrə kimi media təcrübəsinə malik ölkədən öyrənilməli çox məsələlər var. Ölkənin Azərbaycandakı Səfirliyi də buna uyğun olaraq təşəbbüslər irəli sürür. Bu, sevindirici haldır.”,

Deputat onu da bildirib ki, A.Stark aprelin 11-də Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin tələbələri üçün də seminar keçəcək.

İsveçrənin Azərbaycandakı səfiri Filip Stalder də çıxışında rəhbərlik etdiyi diplomatik missiyanın Azərbaycan Mətbuat Şurası ilə əməkdaşlığından söz açıb, məsələnin faydalı tərəflərini vurğulayıb. O, eyni zamanda bildirib ki, son 20 ildə internetin sürətli inkişafı nəticəsində ən çox dəyişikliyə məruz qalan sahə məhz mediadır. Buna görə də sahəyə spesifik yanaşma mütləqdir. Belə yanaşma həm də medianın IV hakimiyyət missiyası ilə əlaqədardır.

Səfir İsveçrədə media qurumlarına xas göstəricilərdən danışarkən vurğulayıb ki, 4 rəsmi dili olan ölkənin media palitrası da kifayət qədər zəngindir. Belə ki, İsveçrədə müxtəlif dillərdə fəaliyyət göstərən kütləvi informasiya vasitələri var. 6 milli telekanal, 13 milli radio, çoxlu sayda özəl telekanallar fəaliyyət göstərir. Çap mediasına gəlincə, burada hər sahə üzrə ayrıca nəşrlərin mövcudluğu diqqət çəkir.

Açılış nitqlərindən sonra seminar öz işinə başlayıb. 20 KİV-in təmsilçisinin qatıldığı seminarda ekspert A.Stark iştirakçılara yeni media, informasiya texnologiyalarının inkişafının doğurduğu mənzərənin jurnalist fəaliyyətinə təsiri, etik standartlar və sair mövzularda məlumatlar verib, sualları cavablandırıb. Seminar qarşılıqlı fikir mübadiləsi şəraitində keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti