...

Diplomat AMEA Mərkəzi Elmi Kitabxanasına kitablar bağışlayıb

Cəmiyyət Materials 17 Aprel 2017 10:47 (UTC +04:00)
Azərbaycanın Gürcüstan və Moldovada fövqəladə və səlahiyyətli səfiri olmuş, hüquq elmləri doktoru, professor Namiq Əliyev AMEA Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib və kitablar bağışlayıb.
Diplomat AMEA Mərkəzi Elmi Kitabxanasına kitablar bağışlayıb

Bakı. Trend:

Azərbaycanın Gürcüstan və Moldovada fövqəladə və səlahiyyətli səfiri olmuş, hüquq elmləri doktoru, professor Namiq Əliyev AMEA Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib və kitablar bağışlayıb.

MEK-dən Trend-ə verilən məlumata görə, kitablar arasında Azərbaycanın qədim tarixini, incəsənətini, ədəbiyyatını, kulinariyasını əks etdirən, (“Min bir Azərbaycan bayatısı”, “Memonto Mori” və b.) eləcə də beynəlxalq hüquq normaları, insan hüquqları, Qarabağ münaqişəsinə aid nəşrlər ("Системы имплементации и применения международного право прав человека: органы и механизмы", "Международное право и и Нагорно - Карабахский конфликт", “New world and We” və s.) üstünlük təşkil edib. Müəllifi olduğu, litva və macar dillərində nəşr edilmiş “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi” adlı kitabının Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə Macarıstan və Litva ictimaiyyətinin məlumatlandırılması baxımından vacib olduğunu qeyd edib. Müxtəlif ölkələrdən olan müəlliflərin məqalələrinin yer aldığı Moldovada nəşr olunan "Военный сектор" adlı almanaxın Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş sayını diqqətə çatdırıb. Diplomat MEK-in akademiklər zalında diplomatik korpuslar üçün ayrılmış guşəyə də baş çəkib.

Qonağı salamlayan MEK-in direktoru Leyla İmanova səfiri kitabxanada görməkdən məmnunluğunu ifadə edib. O, təqdim olunan kitabların Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda təbliğindəki əhəmiyyətindən bəhs edib. Direktor əlavə edib ki, kitablardan bir neçəsi MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil ediləcək.

Sonda tərəflər arasında fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb, xatirə şəkli çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti