İnstitut direktoru: Vulkan palçıqlarından qənaətbəxş istifadə edə bilmirik (FOTO)

İnstitut direktoru: Vulkan palçıqlarından qənaətbəxş istifadə edə bilmirik (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyası və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Palçıq vulkanları - dünya möcüzəsi” mövzusunda elmi - praktiki konfrans keçirilib.

Bilik Fondundan Trend-ə verilən məlumata görə, fondun "Ekoloji maarifləndirmə" proqramı əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilati və informasiya dəstəyi ilə keçirilən konfransın iştirakçıları Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindəki “Daşgil” palçıq vulkanı sahəsi ilə əyani tanış olublar.

Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbinin tələbələri, KİV nümayəndələrinin qatıldıqları ekskursiya zamanı AMEA-nın Geofizika İnstitutunun professoru Adil Əliyev palçıq vulkanları ilə bağlı onlara ətraflı maarifləndirici məlumat verib.

Konfrans öz işini Qaradağ Rayon Heydər Əliyev Mərkəzində davam etdirib. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov konfrans iştirakçılarını salamlayaraq bildirib ki, əhalinin ekoloji maarifləndirilməsinə töhfə verən tədbirin məhz Qaradağ rayonunda keçirilməsi sevindirici hadisədir.

Azərbaycanın unikal sərvəti sayılan palçıq vulkanlarının mahiyyətinin dəqiqliyi ilə açılmasına böyük ehtiyac olduğunu deyən icra baçşısı alimlərin konfransda səsləndirəcəkləri fikirlərin dinləyicilərə dəqiq bilgilər verəcəyinə əminliyini vurğulayıb.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev konfransa yüksək səviyyədə ev sahibliyi etdiklərinə görə, rayon rəhbərliyinə minnətdarlığını bildirib. İ.Vəliyev Bilik Fondunun layihələri barədə məlumat verdikdən sonra ölkədə xüsusən ekoloji maarifləndirmə sahəsində görülən işlərə diqqət çəkib, Azərbaycan Prezidentinin sərəncam, fərman, tövsiyə və tapşırıqlarını xatırladıb.

Tədbirdə Qaradağ rayon icra başçısına Bilik Fondunun xatirə hədiyyələri təqdim olunub.

Konfransda AMEA-nın Geofizika İnstitutunun professoru, elmlər doktoru Adil Əliyev "Azərbaycan palçıq vulkanları diyarıdır”, mövzusunda çıxış edərək, ölkə ərazisində bütün növlər üzrə 350-dən artıq palçıq vulkanları olduğunu söyləyib. Onun sözlərinə görə, sayı, tərkibi, aktiv fəaliyyətinə görə, Azərbaycandakı palçıq vulkanlarının dünyada analoqu yoxdur, bunlardan Lökbatan vulkanları 2 ildə 24 dəfə püskürməklə rekord nəticə verib. Palçıq vulkanlarına münasibətin tarixi mərhələlərinə toxunan professor vulkanların neft-qaz mədənlərini dağıtması ilə bağlı iddiaların özünü doğrultmadığını, əksinə, prosesin yataqlar üçün əlverilişli olduğunu deyib.

A.Əliyev palçıq vulkanlarının köməyi ilə zəlzələlər haqqında informasiya almağın mümkünlüyünə aydınlıq gətirib. Professor palçıq vulkanlarını təbii sərvətimiz, milli dəyərimiz adlandırıb.

Səhiyyə Nazirliyi Elmi-tədqiqat Tibbi-bərpa İnstitutunun direktoru, professor Əlişir Musayev “Vulkan palçıqlarının müalicəvi əhəmiyyəti və klinik təbabətdə tətbiqi” mövzusunda söylədiyi məruzəsində bu təbii sərvətin xeyirlərindən danışıb. Onun sözlərinə görə, vulkan palçıqlarından qənaətbəxş səviyyədə istifadə edə bilmirik. Ölü dənizdən götürülən maddələrdən hazırlanan dərmanları xaricdən alırıq, amma ərazimizdə olan palçıqlara biganəlik göstəririk.

İnstitut direktoru vulkan palçıqlarının müalicəvi əhəmiyyətini vurğulayaraq, həm sağlamlığa, həm də iqtisadi inkişafa dəstək baxımından Ələt ərazisində kurortlar salınması təklifini irəli sürüb.

“Azərbaycan palçıq vulkanlarının turizm perspektivləri” mövzusunda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənov çıxış edib.

Natiq palçıq vulkanlarının turizm sektoruna verə biləcəyi xeyirlərdən söz açıb. S.Nəsənov bildirib ki, ölkəmizdəki vulkan ərazilərinin quruluşu Mars planetinə bənzədiyindən cəlbediciliyinə görə, ilk 20-liyə düşüb. Bununla yanaşı, güclü müalicəvi təsirlərə malik olması ekoturistlərin diqqətini cəlb edir.

Bakı və Abşeron Palçıq vulkanları Dövlət -Təbiət Qoruğunun müdiri Ceyhun Paşayev “Bakı və Abşeron Palçıq vulkanları Dövlət-Təbiət Qoruğunun mühafizəsinin aktuallığı aspektləri” mövzusunda qoruğun yaradılması və idarə olunmasının mexanizmləri barədə məlumat verib. C.Paşayev qeyd edib ki, palçıq vulkanlarının təbii komponentlərinin ciddi qorunması məqsədi ilə yaradılan qoruq bir müddət sonra Milli Parka kimi fəaliyyət göstərə biləcək.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş mühəndisi, fəlsəfə elmləri doktoru Rauf Muradov deyib ki, palçıq vulkanları zamanı əmələ gələn materiallardan neft sənayesi, təmir-tikinti, şərabçılıq, quşçuluq, heyvandarlıq sahəsində istifadə etməklə böyük nailiyyətlər əldə olunar.

Sonda tələbələr adından danışan BDU-nun magistrantı Bağırlı Arzu konfransın təşkilatçılarına təşəkkürünü bildirərək, yaşıdlarını palçıq vulkanlarının dərindən öyrənilməsi və tətbiqi istiqamətində səy göstərməyə çağırıb.

“Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır
“Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır
YUNESKO süni intellekt sahəsində ilk qlobal etik standartları qəbul edib
YUNESKO süni intellekt sahəsində ilk qlobal etik standartları qəbul edib
"Azercell"in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunlarına start verilib
"Azercell"in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunlarına start verilib
Loading Bars
Xəbər lenti
Xorvatiya mətbuatı Azərbaycanın Qarabağda nəqliyyat, kənd təsərrüfatı və “smart city” təcrübəsindən yazıb (FOTO)
Cənub rayonlarında elektrik təsərrüfatı yenilənir (VİDEO)
Azərbaycan nefti bahalaşıb
Türkiyədə 5 baldan yuxarı zəlzələ olub
Bakıda daha 2 məktəbdə əyani dərslər bərpa olundu
Gürcüstandan gətirilən 90 tona yaxın kartof geri qaytarıldı
Xaçmazda yanacaqdoldurma məntəqəsində yük avtomobili yanıb, bir nəfər xəsarət alıb
Kəlbəcərin Qılınclı kəndi (VİDEO)
Ötən ay sosial müavinət alanların 85 faizi qadınlar olub
Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırdır
Bakıda 23 yaşlı qadın əri tərəfindən qətlə yetirilib
"Kazinform" "Türk dünyası" (turkic.world) media platformasına qoşulub (FOTO)
Azərbaycanda elektrik enerjisi istehsalı və ixracı artıb
BDU-da 8 dekan və 29 kafedra müdiri vəzifəsi boşdur - SİYAHI
Xarici valyutaların manata qarşı məzənnələri
Bu il 247 mindən çox daşınmaz əmlak qeydiyyata alınıb (ÖZƏL)
Azərbaycanın tarixi qələbəsi İƏT-in gələcək fəaliyyəti üçün yeni perspektivlər açıb - Kamaləddin Qafarov
Göygöldə it döyüşdürən şəxslər saxlanılıb (FOTO)
Supsa terminalından Azərbaycan nefti yüklənmiş 1000-ci tanker yola salınıb
Yaponiya koronavirusa qarşı tədbirləri sərtləşdirir
ABŞ Pfizer peyvəndinin "buster" dozasını 16-17 yaşlılar üçün təsdiq edə bilər
Məşhur geyim brendlərinin yalanının üstü açılıb
Avstriyada peyvənddən imtina edənləri cərimələmək və həbs etmək təklif olunur
ÜST dünya ölkələrinə "omikron" ştammına qarşı fəaliyyət planı hazırlamağı tövsiyə edib
İtaliya və İspaniyanı qarlı və şaxtalı hava cənginə alıb
Ronaldo Ballon d'Or 2021 mükafatlandırma mərasimində iştirak etməməyinin səbəbini açıqlayıb
Dəridəki qançırlar xərçəngin göstəricisi ola bilər
Bayden omikron ştammı ilə bağlı panikaya düşməməyə çağırır
"Google" Lütfi Zadəyə həsr olunmuş "dudl" təqdim edib
NATO-nun baş katibi Rusiya ilə dialoqa inandığını bildirib
Johnson & Johnson "omikron" ştammına qarşı peyvəndin hazırlanmasına başlayıb
Lionel Messi 7-ci dəfə "Qızıl Top" mükafatına layiq görülüb
Levandovski 2021-ci ilin hücumçusu seçilib
Pfizer şirkətin PAXLOVID preparatının "omicron" ştammına qarşı effektivliyinə əmindir
"Omicron" ştammının simptomları nələrdir və necə mübarizə aparılmalıdır? - AÇIQLAMA
Yevlaxda ailənin 5 üzvü dəm qazından zəhərlənib
Dünyada koronavirusa yoluxanların sayı 260 milyonu ötüb
Türkiyənin xarici ticarət dövriyyəsi 43 milyard dolları ötüb
Azərbaycan Sakit Okean Alyansı təşkilatının III Beynəlxalq Əməkdaşlıq Forumunda təmsil olunub
Azərbaycanla Aİ arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Cek Dorsi "Twitter"-in baş direktoru vəzifəsindən istefa verib
Şimal-Cənub dəhlizinin reallaşması İran-Azərbaycan münasibətlərində canlanmaya səbəb olub - TƏHLİL
Azərbaycan dövlət büdcəsinə gömrük daxilolmaları artıb
İstifadə müddəti bitmiş müxtəlif növ qida məhsulları məhv edilib
"SOCAR Türkiyə" "Merkury" layihəsi ilə bağlı yekun qərarın müddətini açıqlayıb
Bolqarıstan Azərbaycandan razılaşdırılmış qaz həcminin yalnız üçdəbir hissəsini əldə edir - Səfir
Dörd restoran və bir çay evində pozuntular aşkarlanıb
Nazirlər Kabineti COVID sertifikatlarının tanınması ilə bağlı Qərar qəbul edib
Azərbaycanın xarici ticarət dövriyyəsi 26 milyard dolları ötüb
COVID-19-a qarşı peyvənd, əks göstəriş və immunitetə malik olmaya dair sertifikatlar təsdiqlənib
Operativ Qərargahın genişləndirilmiş iclası keçirilib (FOTO)
İstanbulda fırtınada ölənlərin sayı 4-ə çatıb
Şəkidə qaz təchizatı müvəqqəti dayandırılacaq
İƏT-in “Birlikdə gələcəyə” çağırışı yeni reallıqların diktə etdiyi strateji tərəfdaşlığın möhkəmlənməsinə imkan yaradacaq - Vüqar Rəhimzadə
AzMİU-da Milli Məclisin deputatı Ramin Məmmədovun tələbələrlə görüşü olub (FOTO)
Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı XİN-ləri arasında məsləhətləşmələr keçirilib
Mətbuat Şurası İldırım Dəmirlinin vəfatı ilə bağlı nekroloq yayıb
İƏT ilə Azərbaycan arasında konstruktiv əməkdaşlıq mühiti var - Tamam Cəfərova
14 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb
Ermənistan niyə reallıqlarla barışmağa məhkumdur? - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Qış Universiadası "omikron" ştammına görə ləğv olunub
Noyabrın 30-na USD/AZN rəsmi məzənnəsi
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı bəlli olub
Azərbaycanda futbol klublarına dəstək fondu yaradılacaq
Gənclər və idman nazirinə yeni müavinlər təyin edilib
PAŞA Bankın endirimindən faydalanmaq üçün son 1 gün!
Bakıda gender əsaslı zorakılıqla mübarizəyə dair konfrans keçirilib
Prokurorluq Yasamalda intihar edən 18 yaşlı qızla bağlı açıqlama yaydı
Bakıda saxta spirtli içkilərin satıldığı müəssisə aşkarlanıb
Türkiyənin ölkəmizdəki səfiri ADNSU-da olub (FOTO)
Çoxmənzilli binalarda su təchizatı sistemləri yenidən qurulur (FOTO)
Rasim Quliyevin məhkəmə istintaqı başa çatdı
Tovuzda qanunsuz fəaliyyət göstərən kəsim məntəqələri aşkarlanıb (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 857 nəfər koronavirusa yoluxub, 26 nəfər ölüb
"Peşə təhsili haqqında” Qanuna edilən dəyişiklik təsdiqləndi
Pay torpaqlarına çıxarış verilməsi üçün rüsum tutulmayacaq
“Təhsil haqqında” qanuna edilən dəyişikliklər təsdiqlədi
Araz çayı boyunca dəmiryolu və avtomobil yolunun tikintisi məsələsi həllini tapıb - Ərdoğan
Türkiyə İsraillə münasibətlərin normallaşması üçün addımlar atmağa hazırdır - Ərdoğan
"Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənayeparklarının rezidenti olmaq üçün 10-dək layihə təqdim edilib
Crowd-1 dələduz maliyyə piramidası İfşa edildi, rəhbərləri Saxlanıldı (FOTO/VİDEO)
Rektor uğur qazanmış tələbələrlə görüşüb (FOTO)
AHİK sədri Səttar Möhbalıyev gürcüstanlı həmkarı İrakli Petriaşvili ilə görüşüb
Cəbrayılda təmir-tikinti işləri apararkən bir nəfər minaya düşüb
Eldəniz Səlimovun məhkəməsi keçirilib
"Patı" ilə tutulan Azərbaycan çempionuna hökm oxundu
Dünya şöhrətli rəssama Azərbaycan vətəndaşlığı verildi
İranda ötən sutkada 4,31 min nəfər koronavirusa yoluxub
Minaatan və artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib (VİDEO)
Bərdə-Ağdam avtomobil yolunun tikintisi davam etdirilir (FOTO)
Lənkəranda yaşayış yerini tərk edən aktiv COVID-19 xəstəsi aşkarlanıb
KOBİA yanında İctimai Şuranın iclası keçirilib (FOTO)
KOBİA sədrinin keçmiş müavini Ukraynada yüksək vəzifəyə təyin olunub
Nobel mükafatı laureatı Aziz Sancar Bakıya gəlib
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Qobustanda keçirilib (FOTO)
Fuad Muradov ABŞ-da Azərbaycan əsilli yəhudi yazıçı ilə görüşüb
Türkiyədə müalicə alan daha beş qazi sağalaraq Azərbaycana qayıdıb (FOTO)
BDU-nun 10-dan çox qrupu distant təhsilə keçib
Ağdam sənaye parkına ayrılmış ərazinin 74 hektarı minalardan təmizlənib
Bütün xəbərlər