Bakı. Trend:
“Sabis SUN” Beynəlxalq Məktəbi növbəti sosial aksiyasını həyata keçirib.
"Azersun Holding"dən Trend-ə verilən məlumata görə, fəaliyyətə başladığı gündən müasir tədris sistemi və yüksək peşəkarlığı ilə hər kəs tərəfindən yüksək qiymətləndirilən “Sabis SUN” Beynəlxalq Məktəbi növbəti sosial layihəsini reallaşdırıb.
Beynəlxalq Məktəbin şagirdləri Binə qəsəbəsində yerləşən “Balıqlı göl” adlanan İstirahət Sahəsində ağacəkmə aksiyası həyata keçiriblər. Ətraf mühitin mühafizəsinə xüsusi həssasızlıqla yanaşan və uşaqlar arasında ekoloji tarazlığın qorunmasının təbliği istiqamətində mühüm işlər görən “Sabis SUN” mütəmadi olaraq bu cür layihələr reallaşdırır.
Dünyanın 16 ölkəsində 70 mindən artıq şagirdin təhsil aldığı məktəblər şəbəkəsində dərslər 130 il ərzində təkmilləşdirilən proqram əsasında tədris edilir. “Sabis SUN” məktəblərinin məzunları yüksək nəticələr əldə edərək dünyanın və Avropanın aparıcı ali məktəblərində təhsillərini davam etdirə bilirlər.
Qeyd edək ki, "Dreamland" ərazisində yerləşən SABIS SUN beynəlxalq məktəbi 67000 kvadratmetr sahəni əhatə edir. Məktəbdə inzibati və xidmət binaları ilə yanaşı məktəbəqədər təhsil müəssisəi, ibtidai məktəb binası, açıq və qapalı idman meydançaları, aşağı və yuxarı siniflər üçün üzgüçülük hovuzları, olimpiya standartlarında futbol stadionu, eləcə də şagirdlərin dərsdən kənar səmərəli vaxt keçirmələrini təmin etmək üçün tamaşa salonu və Şagird Həyatı Təşkilatı fəaliyyət göstərir.