...

“Azərsun Holdinq” ümumilli liderin xatirəsini silsilə tədbirlərlə anıb (FOTO)

Cəmiyyət Materials 10 May 2017 19:14 (UTC +04:00)
Ümumilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə əlaqədar “Azərsun Holdinq” hər il olduğu kimi silsilə tədbirlər keçirir.
“Azərsun Holdinq” ümumilli liderin xatirəsini silsilə tədbirlərlə anıb (FOTO)

Bakı. Trend:

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə əlaqədar “Azərsun Holdinq” hər il olduğu kimi silsilə tədbirlər keçirir.

Şirkətdən Trend-ə verilən məlumata görə, ulu öndərin ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi, adıçəkilən Şirkətlər Qrupunun quruluşu və inkişafı üçün verdiyi dəstək daim “Azərsun” ailəsinin qəlbində yaşayır.

Ümumilli liderin anım tədbirləri çərçivəsində "Azərsun Holdinq"in rəhbərliyi və kollektivi ulu öndərin məzarını ziyarət edərək, əklil qoyub. Ümumilli liderin xatirəsinin yad edilməsi məqsədi ilə daha bir qrup “Azərsun Holdinq” əməkdaşları 3757 metr yüksəklikdə yerləşən “Heydər zirvəsi”nə yürüş həyata keçiriblər. Qeyd edək ki, “Azərsun Holdinq” tərəfindən ulu öndərin xatirəsinə həsr olunmuş anım tədbirləri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti