Bakı. Elçin Mehdiyev - Trend:
78 kq çəki dərəcəsində Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska ikinci görüşünü qələbə ilə başa vurub.
Trend-in məlumatına görə, ikinci görüşdə cüdoçumuzun rəqibi Əlcəzair təmsilçisi Asselah Sonia olub. Cüdoçumuz rəqibini ipponla məğlub edərək finala vəsiqə qazanıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.