...

Rumıniya universitetlərinin nümayəndələri BDU-da olub (FOTO)

Cəmiyyət Materials 25 May 2017 18:43 (UTC +04:00)
Abel Məhərrəmovla görüşdə universitetlərarası əlaqələr, ikili proqramlar, birgə tədqiqatların aparılması, tələbə-müəllim mübadiləsi məsələləri müzakirə edilib.
Rumıniya universitetlərinin nümayəndələri BDU-da olub (FOTO)

Bakı. Trend:

Birinci Azərbaycan-Rumıniya Universitet Forumu çərçivəsində Rumıniyanın İaşinin “Alexandru Ioan Cuza” Universiteti, Kənd Təsərrüfatı Elmləri və Veterinar Təbabət Universitetinin prorektorları – Liviu Dan Miron, İonel Mangalagiu, eyni zamanda, diplomatik müşavir Mihaela İanku Bakı Dövlət Universitetində (BDU) olublar.

Universitetdən Trend-ə verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmovla görüşdə universitetlərarası əlaqələr, ikili proqramlar, birgə tədqiqatların aparılması, tələbə-müəllim mübadiləsi məsələləri müzakirə edilib.

Görüş Kimya, Biologiya, Hüquq, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin mütəxəssisləri ilə davam edib və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan-Rumıniya Universitetlərarası Forumu mayın 24-də öz işinə başlayıb və Forumda iştirak etmək üçün Rumıniya milli təhsil nazirinin müavini Gigel Paraskivin rəhbərliyi ilə Rumıniya Təhsil Nazirliyinin rəsmiləri, 10 ali təhsil müəssisəsinin rəhbər şəxsləri və səlahiyyətli nümayəndələri ölkəmizə səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti