...

"Yamaha"da da QÜSUR - 400 motosiklet geri çağırılır

Cəmiyyət Materials 13 İyun 2017 19:39 (UTC +04:00)
"Yamaha Motor CIS" şirkəti Rusiyada 400-ə yaxın motosikleti geri çağırıb
"Yamaha"da da QÜSUR - 400 motosiklet geri çağırılır

Bakı. Trend:

"Yamaha Motor CIS" şirkəti Rusiyada 400-ə yaxın motosikleti geri çağırıb.

Trend-in məlumatına görə, qərar sükan dayağında qeydə alınan qüsurlarla əlaqədardır. İstehsalçının fikrincə, bu qüsurlar idarəetmənin itirilməsinə səbəb ola bilər.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2014-cü ilin fevral ayından 2017-ci ilin mart ayınadək Rusiyada satılmış MT-09, MT-09A, MT-09TRA (Tracer), XSR900 (MTN850) modellərinə şamil olunur.

Bu motosikletlərdə təmir işləri motosiklet sahibləri üçün ödənişsiz əsasda həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti