...

Bakıda yağış səbəbindən iki əsas magistralda sürət həddi azaldıldı

Cəmiyyət Materials 17 İyun 2017 11:48 (UTC +04:00)
Yağışlı hava şəraiti ilə əlaqədar Bakı şəhərinin iki əsas avtomagistralında sürət həddi azaldılıb.
Bakıda yağış səbəbindən iki əsas magistralda sürət həddi azaldıldı

Bakı. Trend:

Yağışlı hava şəraiti ilə əlaqədar Bakı şəhərinin iki əsas avtomagistralında sürət həddi azaldılıb. Belə ki, Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev prospektindən Buzovna dairəsinə qədər və Zığ dairəsindən Heydər Əliyev Beynəlxalq Hava Limanına qədər bütün zolaqlar üzrə maksimal sürət həddi 20 km/saata endirilib.

Məlumatda qeyd edilir ki, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Bakı Nəqliyyat Agentliyi tərəfindən sürücülərə yollardakı sürət həddinə əməl etmələri tövsiyə edilib.

Xəbər lenti

Xəbər lenti