...

Ötən il 105 dini icma dövlət qeydiyyatından keçib

Cəmiyyət Materials 21 İyun 2017 10:53 (UTC +04:00)
Ötən il dini qurumların dövlət qeydiyyatına alınması prosesinin davam etdirilməsi nəticəsində il ərzində 105 dini icma dövlət qeydiyyatından keçib.
Ötən il 105 dini icma dövlət qeydiyyatından keçib

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Ötən il dini qurumların dövlət qeydiyyatına alınması prosesinin davam etdirilməsi nəticəsində il ərzində 105 dini icma dövlət qeydiyyatından keçib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, həmin dini icmalardan 101-i islam, 4-ü qeyri-islam təmayüllüdür.

Qeydiyyata alınmış dini qurumların ümumi sayı 749-a çatıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 721-i islam, 28-i qeyri-islam təmayüllüdür. Sonunculardan 17-i xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti