Bakı. Trend:
İyulun 1-də Heydər Əliyev Mərkəzinin parkında tanqo şou və master klas keçirilib. Parkda dincələnlər müxtəlif yaşda tanqosevərlərin gözəl rəqsini seyr ediblər.
Trend-in məlumatına görə, Latın Amerikası rəqsləri üzrə dəfələrlə Azərbaycan çempionu İlham Osmanov iştirakçılara, həmçinin ustad dərsi verib.
Bazar günü səhər isə uşaqlar üçün idman dərsi olub. 5-16 yaşlı uşaqlar və yeniyetmələr Mərkəzin parkında 5 dəfə Azərbaycan çempionu, Avropanın vitse-çempionu, «Tonus» klubunun məşqçisi Aelita Xələfovanın iştirakı ilə 1 saatdan artıq müddətdə səhər idmanı ediblər.