Səlim Müslümov Astarada 5 rayonun sakinləri ilə görüşüb (FOTO)

Səlim Müslümov Astarada 5 rayonun sakinləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Astara rayonunda 5 rayonun sakinləri ilə görüşüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, özünüməşğulluq proqramı çərçivəsində verilmiş aktivlər hesabına artıq 800 nəfər işsiz və işaxtaran şəxs ailə təsərrüfatlarını yaradıb.

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Astara rayonunda bu rayonun və Lənkəran, Yardımlı, Masallı, Lerik rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Vətəndaşlarla görüşündə S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü islahatlar kursunun cari ildə də ölkəmizin sosial-iqtisadi inkişafında və sosial müdafiə sahəsində növbəti irəliləyişlərə imkan yaratdığını, aktiv əmək bazarı proqramlarının uğurla davam etdirildiyini vurğulayıb. 2017-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı müzakirəyə çıxarılan qanun layihəsi də digər məqsədlərlə yanaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlib.

Qəbul zamanı müraciətlər dövlət büdcəsi hesabına mənzillə və reabilitasiya vasitələri, protez-ortopedik məmulatlarla təmin olunma, məşğulluğun təminatı, özünüməşğulluq proqramına cəlb edilmə, əmək hüquqlarının müdafiəsi, sığorta və pensiya münasibətləri, bərpa müalicəsinə köməklik göstərilməsi və s. məsələləri əhatə edib. Müraciətlər nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb. S.Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin 20 iyun 2014-cü il tarixli Sərəncamına əsasən ölkəmizin bütün bölgələrində olduğu kimi, bu bölgədə də müvafiq işlərin aparıldığını diqqətə çatdırıb: “Sərəncamın icrası çərçivəsində Astara, Lənkəran, Yardımlı, Masallı, Lerik rayonlarında 20-dən çox fərdi yaşayış evi inşa etdirilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Hazırda bu rayonlarda həmin təbəqələrdən olanlar üçün daha 11 ev inşa olunur və yaxın aylarda yeni evlərin tikintisinə da başlanacaq”.

Ayrı-ayrı vətəndaşların müraciətlərində əksini tapan məşğulluq məsələsi ilə əlaqədar yerindəcə tədbirlər görülüb. Onlara yaşadıqları ərazi üzrə müəssisələrdəki boş (vakant) iş yerləri təklif edilərək, seçdikləri və əmək vərdişlərinə uyğun iş yerlərinə göndərişlər təqdim edilib. Nazir bildirib ki, kənd təsərrüfatının inkişafı yönündə həyata keçirilən kompleks tədbirlər Lənkəran iqtisadi rayonunda da bu bölgə üçün ənənəvi iqtisadi sahələrin, o cümlədən çayçılığın, çəltikçiliyin, tərəvəzçiliyin və s. dirçəlməsinə səbəb olub: “Bununla bərabər, növbəti sənaye zonasının Masallı rayonunda yaradılması işləri, bölgənin turizm infrastrukturunun inkişafına yönələn tədbirlər və s. yerli əmək resurslarının məşğulluq imkanlarını əhəmiyyəti şəkildə artırıb. Ötən ay isə cənab Prezidentin imzaladığı “Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 8 iyun 2017-ci il tarixli Sərəncam bu rayonda abadlıq-quruculuq işlərinin davam etməsinə, rayonun turizm potensialının daha da təkmilləşməsinə imkan verəcək, digər tərəfdən bu istiqamətdə görüləcək tədbirlər yeni iş yerlərinin yaranmasına səbəb olacaq”.

S.Müslümov nazirliyin məşğulluq orqanları tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərindən də bəhs edib: “Bu tədbirlər nəticəsində cari ilin 6 ayında Astara, Lənkəran, Yardımlı, Masallı, Lerik rayonlarında da 2 min nəfər işsiz və işaxtaran şəxsin məşğulluğu təmin olunub, 60 nəfər isə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Özünüməşğulluq proqramı çərçivəsində də həmin rayonlarda məqsədyönlü işlər aparılır. Bu rayonlar üzrə 90 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramında iştirak edir ki, onlardan artıq 85 nəfərinə aktivlər (mal və materiallar) verilib, yaxın günlərdə digərlərinə də təqdim olunacaq. Ümumilikdə isə ölkə üzrə artıq 800 nəfər insan özünüməşğulluq proqramı çərçivəsində nazirlik tərəfindən verilmiş aktivlər hesabına müxtəlif iqtisadi fəaliyyət növləri üzrə ailə təsərrüfatlarını yaradıb”.

Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara hüquqi izahatlar verilib, özünüməşğulluq proqramına və peşə hazırlığına cəlb olunmaq, reabilitasiya vasitələri ilə təmin edilmək istəyən müvafiq şəxslər qeydiyyata alınıblar. Həmçinin bərpa müalicəsinə ehtiyac duyan şəxslərin nazirliyin reabilitasiya müəssisələrinə qəbul edilməsi ilə bağlı tapşırıq verilib. “Hazırda nazirliyin Lənkəran rayonunda da Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi fəaliyyət göstərir. Ötən il və cari ilin 6 ayında Mərkəzdə 426 nəfərə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib”, deyə qeyd edən S.Müslümov bildirib ki, dövlət başçısının tapşırığı ilə ölkədə əlilliyi olan şəxslər üçün bir sıra bərpa müalicəsi müəssisələrində artıq yüksək standartlar səviyyəsində reabilitasiya şəraiti yaradılıb: “Hazırda bu istiqamətdə işlər davam etdirilir. Gələcəkdə digər bərpa mərkəzlərində, o cümlədən Lənkəran rayonundakı Regional Bərpa Mərkəzində də reabilitasiya şəraitinin ən müasir tələblərə uyğun qurulması təmin ediləcək”.

Qəbul zamanı vətəndaşlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali qruplarının etibarlı sosial müdafiə sistemi ilə əhatə olunması, onların maddi təminatlarının artırılması, eyni zamanda məşğulluq imkanlarının artırılması üçün aparılan məqsədyönlü işlərə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlər üzrə müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
“Ziraat Bank Azərbaycan” Yığım Əmanəti məhsulunu təqdim edir
“Ziraat Bank Azərbaycan” Yığım Əmanəti məhsulunu təqdim edir
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Loading Bars
Xəbər lenti
Çilidə güclü zəlzələ baş verib
Ceyhun Bayramovun rusiyalı həmkarı ilə telefon danışığı olub
Firdovsi Umudov iki gözünü itirən qazini ziyarət etdi (VİDEO)
Yerevanda etirazçılar Paşinyanın istefasını tələb edirlər (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 414 mini keçib
Hazırkı vəziyyət onu deməyə əsas verir ki, karantin qaydaları sərtləşdirilməlidir - Mütəxəssis
Xəzər dənizində zəlzələ oldu
Azərbaycan balıqçılığın inkişafı üçün azad edilmiş ərazilərin potensialından istifadə edəcək
Doğum və ölüm haqqında elektron şəhadətnamələrin formaları təsdiqlənib
Azərbaycanın qeyri-dövlət sektoru üzrə ixracında “SOCAR Polymer” liderlik edir
Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya çıxarılması qaydası təsdiqləndi
Türkiyənin İƏT üzv ölkələrinə ixracı azalıb
Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Qazaxıstanın “Milli Könüllülük Şəbəkəsi” arasında əməkdaşlıq sazişi imzalanıb (FOTO)
Ədliyyə naziri torpaqlarımızın işğaldan azad olunması ilə bağlı xarici həmkarlarına müraciət edib
Beynəlxalq Türk Akademiyasının prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsi dayandırılıb
Ceyhun Bayramov Əfqanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb (FOTO)
"Təmiz şəhər" ASC 285 min manata yaxın məbləğdə müqavilə imzalayıb
17 obyektdə sanitariya-gigiyena tələbləri pozulub - İqtisadiyyat Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib (FOTO)
Sülhməramlı kontingent üçün gətirilən növbəti maddi-texniki təminat vasitələri təyinat məntəqəsinə çatdırılıb (FOTO/VİDEO)
Azərbaycanda əlilliyi olan şəxslər sosial müdafiə, reabilitasiya, məşğulluq tədbirləri ilə əhatə olunublar
Prezident İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasının gündəliyi açıqlanıb
UNEC alimləri Ermənistanın məhv edilmiş hərbi texnikasının məbləğini açıqladı
Braziliya Federal Senatının birinci vitse-prezidenti Azərbaycan Prezidentinə məktub ünvanlayıb
Kazanda 6-cı İƏT Gənc Sahibkarlar Forumu keçirilib (FOTO)
Poltava universitetində fəaliyyət göstərən Azərbaycan Tədris-Mədəniyyət Mərkəzində azərbaycanlı tələbələrlə görüş keçirilib (FOTO)
Tibbi maskadan istifadə etməyən 747 sərnişin cərimələnib (FOTO)
Bakıda məhkuma göndərilən ayaqqabıdan heroin çıxdı
5 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə həyata keçirilib
“AzerGold” Azərbaycanın dövlət sektoru üzrə ixracında liderlər sırasında yer alıb
Azərbaycan beynəlxalq birgə iclasda təmsil olunub
Ali Baş Komandan prinsipiallıq nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edib
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
Vətən Müharibəsindəki qardaşlar: Yaralansalar da döyüşə geri qayıtdılar (FOTO)
Livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edildi (VİDEO)
Dekabrın 3-də manatın dollara qarşı məzənnəsi
Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri Prezident İlham Əliyevi təbrik edib
Şagirdlərin təxminən 25 faizinin onlayn dərslərə cəlb edilməməsi bizim üçün problemdir - Nazir
Biləcəri bələdiyyəsinin sədri koronavirusdan öldü
Serbiya-Macarıstan sərhədində “Cənub Qaz Dəhlizi”nə qoşulacaq boru kəmərinin tikintisi başlayıb
"Şamaxı yolu"ndakı yerüstü piyada keçidinin lifti bərpa olundu (FOTO)
Ermənistanda Paşinyanın istefası tələbi ilə petisiya hazırlanıb
Azərbaycan ilk gündən pandemiyaya yalnız qlobal həmrəyliklə qalib gəlməyin mümkünlüyü mesajını dünyaya ünvanladı - Vüqar Rəhimzadə
Azərbaycanla təlim və hazırlıqla bağlı əməkdaşlığımız davam edir - Hulusi Akar
44 günlük müharibədə Ermənistanın 30 ildir qurduğu ordusu darmadağın edildi - Hərbi ekspert
"Azərişıq" ASC-nin 5 əməkdaşı Vətən Müharibəsində şəhid olub, 17 nəfər yaralanıb
Banklar şəhid ailələrinin kredit borcları ilə bağlı qərar verdi
Azərbaycanda uşaq müdafiə mexanizmi təkmilləşdiriləcək - Dövlət Komitəsi
Publisistik düşüncələr: Günəşli payızın qırx dörd anı
Azərbaycanda çoxlu sayda yeni iş yerləri açılacaq
PAŞA Bankdan kiçik və orta bizneslər üçün hədiyyəli kampaniya
Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə start verilir
Biləsuvarda qapı-pəncərə sexindən oğurluq edən şəxs saxlanılıb
Deputat Naqif Həmzəyev seçicilərin qayğıları ilə tanış olub (FOTO)
Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov UNESCO-nun Baş katibinə müraciət ünvanlayıb
Ermənistanın təcavüzü nəticəsində Füzuli və Cəbrayılın işğal olunmamış ərazilərinə dəymiş ziyan müəyyənləşdi
Qarabağla bağlı UNESCO-ya müraciət edən Rusiya mədəniyyət xadimləri Azərbaycana dəvət edildi
Türkiyədə karantin qaydaları sərtləşdirildi - Evdə qonaqlığa görə cərimə
“Qızılağac” Milli Parkında qanunsuz balıq ovu ilə məşğul olan şəxs tutulub (VİDEO)
Qarabağla bağlı razılaşma regionda uzunmüddətli sülhün təmininə xidmət edəcək - Qazaxıstan prezidenti
“Baktelecom” “İçərişəhər” qoruğunda müasir standartlara cavab verən optik şəbəkəsini istifadəyə verdi (FOTO)
Yelo Bank fərdi sahibkarlara dəstəyini davam etdirir (FOTO)
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi aparılır - Hulusi Akar
Yaxın vaxtlarda vaksinasiyaya başlanacaq - Akif Qurbanov
TƏBİB kütləvi KT və rentgen müayinələrinə aydınlıq gətirib
Ölkəmizin tarixində yeni dövr başlayır, mühüm tarixi proseslərin əsası qoyulur - Deputat
Sərt karantin rejimi qaçılmaz ola bilər – TƏBİB
Vaksin olmadığından qoruyucu tədbirlərə diqqət etməliyik - Akif Qurbanov
TƏBİB koronavirusdan evdə müalicə olunanlara xəbərdarlıq edib
İranda koronavirusa yoluxanların sayı 1 milyona çatır
Laçının işğaldan azad edilməsi şanlı qələbəmizin təcəssümüdür - Vitse-spiker
Sərt tədbirlərə mütləq əl atılmalıdır, xəstəxanalarda yer qalmayacaq - XƏBƏRDARLIQ
Ceyhun Bayramovun özbəkistanlı həmkarı ilə telefon danışığı olub
COVİD-ə qarşı spesifik dərman və vaksin yoxdur - RƏSMİ
Laçın rayonunun Qarıqışlaq kəndi (VİDEO)
20 yaşdan aşağı şəxslər koronavirusun, daha doğrusu ölümün daşıyıcılarıdır - Adil Allahverdiyev
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Azərbaycanda bu insanlar koronavirusu ağır keçirir - TƏBİB
“Təmiz Sumqayıt” ekoloji layihəsinə start verilir
Bakıda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib (FOTO)
Gədəbəydə yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib
Azərbaycanda koronavirusdan ölüm faizi açıqlandı
Dövlət Neft Fondu "Azəri-Çıraq-Günəşli" layihəsindən gəlirlərini açıqlayıb
Belarus, Qırğızıstan və Qarabağdakı hadisələr KTMT məkanındakı vəziyyəti çətinləşdirdi - Putin
Azərbaycanda 3 942 nəfər COVID-19-a yoluxub, 2 265 nəfər sağalıb, 37 nəfər vəfat edib
Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib (FOTO)
“Ziraat Bank Azərbaycan” Yığım Əmanəti məhsulunu təqdim edir
Azərbaycanda 4 dövlət əmlakı özəlləşdirilib
Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağının görüntüləri yayılıb (VİDEO)
Koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslərin sayı açıqlanıb
İlahiyyat İnstitutu Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə vebinar keçirilib (FOTO)
"Şahdəniz" yatağından hasil olunan kondensat satışından 205 milyon dollar gəlir əldə edilib
Azərbaycanın əməliyyat sistemi bazarında "Android"in payı artıb
Gəncədə yaralı hərbçilər ziyarət edilib
Azərbaycan Cənubi Qafqazda tamamilə fərqli və yeni eranın başlanğıcını qoydu - Deputat
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
İsveçdə Azərbaycan həqiqətlərindən bəhs edən kitab nəşr olunub
COVID-19 ABŞ-da Çindən daha əvvəl qeydə alınmış ola bilər
Azərbaycan özünü qalib xalq, məğlubedilməz dövlət kimi təsdiq etdi - Pərvin Kərimzadə
Bütün xəbərlər