...

Küveytdən Bakıya birbaşa reyslər başlayıb

Cəmiyyət Materials 10 İyul 2017 18:18 (UTC +04:00)
Küveytin “Jazeera Airways” aviaşirkəti Bakıya birbaşa reyslər həyata keçirməyə başlayıb
Küveytdən Bakıya birbaşa reyslər başlayıb

Bakı. Maksim Tsurkov - Trend:

Küveytin “Jazeera Airways” aviaşirkəti Bakıya birbaşa reyslər həyata keçirməyə başlayıb.

Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq hava limanından məlumat verilib.

Əl-Küveyt şəhərindən Bakıya ilk reys iyulun 10-da baş tutub.

Bu reyslər həftədə iki dəfə, bazar ertəsi və cümə günləri həyata keçiriləcək.

Qeyd edək ki, “Jazeera Airways” 2004-cü ildə yaradılıb və hər il 16 istiqamət üzrə 1,25 milyon sərnişinə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti