...

Ağsuda canavar hücumuna məruz qalmış şəxslərin səhhəti ilə bağlı AÇIQLAMA

Cəmiyyət Materials 7 Avqust 2017 16:55 (UTC +04:00)
Ağsu rayonun Padar kəndində canavar hücumuna məruz qalmış vətəndaşlardan biri Fikrət Alıyev artıq evə buraxılıb.
Ağsuda canavar hücumuna məruz qalmış şəxslərin səhhəti ilə bağlı AÇIQLAMA

Bakı. Elçin Mehdiyev - Trend:

Ağsunun Padar kəndində canavar hücumuna məruz qalmış vətəndaşlardan biri Fikrət Alıyev artıq evə buraxılıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, F.Alıyev Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi. Xəstəxanada F.Alıyeva lazımi vaksin vurulduqdan sonra evə buraxılıb.

Qeyd olunub ki, hazırda F.Alıyevin vəziyyəti yaxşıdır: “Vətəndaş Bakı qeydiyyatındadır, Ağsuda yaşayır. Vətəndaşa birinci vaksin vurulub evə buraxılıb, digər vaksinləri də qeydiyyatda olduğu yerdə vurulacaq.”

Canavarın hücumuna məruz qalmış və baş, üz və qulaq nahiyəsindən ciddi xəsarətlər almış digər şəxs Həsrət Qurbanov isə hazırda Ağsu rayon mərkəzi xəstəxanasındadır. Xəstəxanadan Trend-ə verilən məlumata görə, əməliyyat olunan H.Qurbanovun vəziyyəti hazırda qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti