...

AzTA: Barselonadakı terror aktı azərbaycanlı turistlərin Avropaya marağını azalda bilər

Cəmiyyət Materials 18 Avqust 2017 12:55 (UTC +04:00)
Barselonada törədilmiş terror aktı azərbaycanlı turistlərin Avropaya marağını əhəmiyyətli dərəcədə azalda bilər
AzTA: Barselonadakı terror aktı azərbaycanlı turistlərin Avropaya marağını azalda bilər

Bakı. Ənvər Məmmədov - Trend:

Barselonada törədilmiş terror aktı azərbaycanlı turistlərin Avropaya marağını əhəmiyyətli dərəcədə azalda bilər.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, belə hal Fransadakı terror aktlarından sonra da qeydə alınmışdı:

“İspaniya azərbaycanlı turistlər arasında ən populyar istiqamətlərdəndir. Bu ölkəyə gələn hər bir kəs isə Barselonada olmağı arzu edir. Turizm mövsümü sona yaxınlaşsa da, fikirləşirəm ki, bu terror aktı nəinki İspaniyaya, bütün Avropaya marağı azaldacaq”.

Barselonada terror aktı: 13 ölü, 119 yaralı (YENİLƏNİB) (VİDEO)

Barselonada terror aktı: 13 ölü, 119 yaralı (YENİLƏNİB) (VİDEO)

Qeyd edək ki, ötən gün axşam saatlarında İspaniyanın Barselona şəhərində terrorçu mikroavtobusu insanların üzərinə sürüb. Hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb.

Terror aktı nəticəsində 13 nəfər ölüb, xəsarət alanların sayı 119 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti