...

Bu il 15 rayonda əmək yarmarkaları keçirilib

Cəmiyyət Materials 24 Avqust 2017 16:43 (UTC +04:00)
Bu ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən respublikamızın 15 rayonunda Əmək yarmarkaları keçirilib
Bu il 15 rayonda əmək yarmarkaları keçirilib

Bakı. Trend:

Bu ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən respublikamızın 15 rayonunda Əmək yarmarkaları keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu ilin ötən dövründə Xidmətin xətti ilə respublikamızın 15 rayonunda (Daşkəsən, İsmayıllı, Şəki, Xızı, Qəbələ, Xaçmaz, Qax, Quba, Neftçala, Şamaxı, Masallı, Siyəzən, İmişli, Ağsu, Oğuz) Əmək yarmarkaları keçirilib. Bu aktiv məşğulluq tədbirlərində işsiz və işaxtaran vətəndaşlara 375 müəssisə üzrə 4 297 boş (vakant) iş yeri təqdim edilib. Yarmarkalarda vakant iş yeri təqdim edən müəssisələrin nümayəndələri də iştirak edib, işsiz və işaxtaran vətəndaşlarla onların birbaşa əlaqəsi təmin olunub. Tədbirlər zamanı 949 nəfər işsiz və işaxtaran vətəndaşa vakant iş yerlərinə göndərişlər verilib ki, onlardan bu günə qədər artıq 76,5 faizi həmin iş yerlərində işlə təmin ediliblər.

Qeyd edilən aktiv məşğulluq tədbirləri zamanı peşə və ixtisası olmadığına görə münasib iş seçməkdə çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini dəyişməsi zəruri olan 75 nəfər əmək bazarının tələblərinə uyğun peşə hazırlığına cəlb olunub. Həmçinin 71 nəfər ödənişli ictimai işlərə göndərilib.

Əmək yarmarkalarının respublikamızın digər şəhər və rayonlarında da davam etdirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, ümumilikdə cari ilin yanvar-iyul aylarında Dövlət Məşğulluq Xidməti tərəfindən 35 827 nəfər şəxsin peşə və ixtisaslarına, habelə əmək vərdişlərinə uyğun olaraq vakant iş yerlərində məşğulluğu təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti