...

Paytaxtda əsən güclü külək nə vaxt kəsəcək?

Cəmiyyət Materials 7 Sentyabr 2017 21:49 (UTC +04:00)
Ölkə ərazisində müşahidə edilən küləkli hava şəraiti sabah günortayadək davam edəcək.
Paytaxtda əsən güclü külək nə vaxt kəsəcək?

Bakı. İlhamə İsabalayeva - Trend:

Ölkə ərazisində müşahidə edilən küləkli hava şəraiti sabah günortayadək davam edəcək.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, sabah günortayadək əsən güclü şimal-qərb küləyi günortadan mülayimləşməyə başlayacaq.

G.Məmmədova küləkli keçməsinə baxmayaraq, dünən və bu gün havanın bürkülü olmasının səbəbini son iki gündə atmosferdə rütubətin miqdarının bir qədər çoxalması ilə izah edib: "Lakin artıq havada rütubətin miqdarı normaldır. Günorta mülayim cənub-qərb küləyi güclü şimal-qərb küləyi ilə əvəzlənib. Hazırda temperatur 30-35 dərəcədir. Sentyabrda belə temperatur əvvəlki illərdə də qeydə alınıb. Bakıda sentyabrda 37 dərəcə temperaturun qeydə alındığı illər olub. Ona görə də hazırki temperatur sentyabr üçün yüksək sayıla bilməz".

Qeyd edək ki, bir neçə gün davam edən isti hava şəraitindən sonra bu gündən Bakıda və Abşeron yarımadasında hava qeyri-sabit keçməyə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti