...

ABŞ-ın Botanika Bağları Cəmiyyəti və AMEA Botanika İnstitutu əməkdaşlıq edəcək

Cəmiyyət Materials 13 Sentyabr 2017 14:36 (UTC +04:00)
ABŞ-ın Botanika Bağları Cəmiyyəti və AMEA Botanika İnstitutu birgə əməkdaşlıq edəcək.
ABŞ-ın Botanika Bağları Cəmiyyəti və AMEA Botanika İnstitutu əməkdaşlıq edəcək

Bakı. Trend:

AMEA Botanika İnstitutunda ABŞ-ın aparıcı Botanika bağlarının təmsil olunduğu Botanika Bağları Cəmiyyətinin (BBC) nümayəndələri ilə görüş keçirilib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə BBC-nin aparıcı kuratorları Peter Zale (Longwood Bağları), Vincent Marrocco (Morris Arboretum), Phil Douglas (Çikaqo Botanika Bağı), Matt Lobdell (Morris Arboretum Bağı), Henrik Sjoman (Gothenburg Botanika Bağları) və Botanika İnstitutunun alimləri iştirak ediblər.

Görüşdə tərəflər arasında bağlanmış ikitərəfli memorandum çərçivəsində Azərbaycanın yabanı florasının öyrənilməsi üçün tədqiqatlar və təlimlərə yönəldilən müasir fəaliyyət istiqamətləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti