...

Bakıda “Klassik Yoqa Məktəbi” açılıb (FOTO)

Cəmiyyət Materials 24 Sentyabr 2017 13:33 (UTC +04:00)
Bu gün Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində “Klassik Yoqa Məktəbi”nin açılışı olub
Bakıda “Klassik Yoqa Məktəbi” açılıb (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində “Klassik Yoqa Məktəbi”nin açılışı olub.

Trend-in məlumatına görə, açılış mərasimində DTX-nın rəisi Mədət Quliyev, Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana və digər qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən Mədət Quliyev deyib ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət onun davamçısı, möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Bunun nəticəsidir ki, bu gün Azərbaycanda bütün sahələrdə inkişaf var. Sevindirici haldır ki, məhz bu mərkəzdə də belə məktəb açılır. Yoqa nə idman, nə siyasətdir, bu sadəcə sağlamlıq üsuludur. Dövlət başçısı əhalinin sağlamlığı üçün əlindən gələni edir. Bu da o isiqamədə atılan addımlardan biridir”.

Səfr S.Rana da öz çıxışında Azərbaycanla Hindistan arasında hər sahədə əlaqələrin inkişaf etdiyini vurğulayıb.

Məktəbdə dərsləri 2009-cu ildə Polşada Beynəlxalq Şivananda Yoqa Vedata Mərkəzində təhsil almış Yoqa Şiromani tituluna və diplomuna sahib olan Elçin Quliyev verəcək.

Foto: Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti