...

Maurisio Süleyman: Maksimum üç ildən sonra WBC versiyasında ilk azərbaycanlı çempion olacaq

Cəmiyyət Materials 2 Oktyabr 2017 15:12 (UTC +04:00)
Maksimum üç ildən sonra Dünya Boks Şurasının (WBC) ilk azərbaycanlı çempionu olacaq
Maurisio Süleyman: Maksimum üç ildən sonra WBC versiyasında ilk azərbaycanlı çempion olacaq

Bakı. Ənvər Məmmədov - Trend:

Maksimum üç ildən sonra Dünya Boks Şurasının (WBC) ilk azərbaycanlı çempionu olacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Dünya Boks Şurasının (WBC) prezidenti Maurisio Süleyman deyib.

Onun sözlərinə görə, Azərbaycanda idman inkişaf edir: “Ölkə son Olimpiya Oyunlarında 18 medal qazanıb. Bu isə onu göstərir ki, idman Azərbaycanda prioritetdir. Biz də burada idmanın inkişafına töhfəmizi vermək, peşəkar boksu gücləndirmək və Azərbaycanın WBC versiyasında dünya çempionunun olmasını istəyirik”.

Qeyd edək ki, oktyabrın 1-i Bakıda WBC-nin 55-ci konvensiyası başlayıb. Oktyabrın 6-dək davam edəcək konqresdə 164 üzv ölkədən 500-dən çox nümayəndə iştirak edir.

Xəbər lenti

Xəbər lenti