...

ABŞ səfirliyi kütləvi qırğın silahları ilə bağlı təlim keçirəcək (FOTO)

Cəmiyyət Materials 2 Oktyabr 2017 18:55 (UTC +04:00)
ABŞ səfirliyi kütləvi qırğın silahlarının aşkarlanması, müəyyən edilməsi və onlara qarşı cavab tədbirlərinin görülməsinə dair təlim keçirəcək.
ABŞ səfirliyi kütləvi qırğın silahları ilə bağlı təlim keçirəcək (FOTO)

Bakı. Trend:

ABŞ-ın Azərbaycandakı səfirliyi kütləvi qırğın silahlarının aşkarlanması, müəyyən edilməsi və onlara qarşı cavab tədbirlərinin görülməsinə dair təlim keçirəcək.

Səfirlikdən Trend-ə verilən məlumata görə, oktyabrın 2-6-da səfirliyin İxracata Nəzarət və Sərhəd Təhlükəsizliyi (EXBS) idarəsi kütləvi qırğın silahlarının aşkarlanması və cavab tədbirlərinin görülməsinə dair təlim keçirəcək.

Təlim gömrük əməkdaşlarının kütləvi qırğın silahları (KQS) (kimyəvi, bioloji, nüvə və raket) ilə tanış edəcək və onlara KQS-ni aşkar etmək, müəyyən etmək və müvafiq cavab tədbirləri görmək imkanı verəcək. Təlimdə radioloji silahlardan (radiasiya yayan qurğular - RYQ) da bəhs ediləcək.

Təlimdə müxtəlif silah və materialların ölçüləri, formaları və onların qablaşdırılması, habelə onlara qarşı qoruyucu tədbirlər müzakirə olunacaq. Sərhəd təhlükəsizliyinin və ictimai təhlükəsizliyin təmin edilməsi üçün KQS-nin aşkarlanması, müəyyən edilməsi və müvafiq cavab tədbirlərinin görülməsi vacibdir. Kütləvi qırğın silahlarının aşkarlanması və onlara qarşı cavab tədbirlərinin görülməsi təliminə real həyəcan siqnalı və müvafiq addımların atılmasına dair modullar daxildir. Praktiki məşğələlərə aşağı səviyyəli radioaktiv mənbələr və KQS təhlükəli materiallarını simulyasiya edən material və əşyalar da daxildir (məs. maşında yerləşdirilmiş əldəqayırma partlayıcı maddələrin simulyasiyasını aid etmək olar).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti